Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3510/2020 22.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi Məmmədov İbrahim Alim oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 43 saylı evin 79 saylı mənzilində qeydiyyatda olan barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 məhkəməyə daxil olmuş inzibati materiala əsasən, Şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 19:00-da Bakı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyinə, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə ziyan vurduğuna görə barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 YNH inspektoru, polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli, İXP seriyalı, ******* saylı protokol tərtib edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmaqla dərhal baxılması üçün məhkəməyə göndərilməli olduğu halda, xx xxxxxx 2020-ci il tarixdə, inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmadan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Beləliklə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X4 vəzifəli şəxsinin Şəxs məhkəmədə iştirakını təmin etmək imkanı olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən inzibati xəta törədilməsi haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2ytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-3510/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3510/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver