Məhkəmə qərarları › İş №3(007)-3511/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3511/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3511/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Əsədullayev İrfan İlyas oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə olunmuşdur. X2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə günorta radələrində tanışının ev heyvanını (itini) gəzdirməyə çıxarmışdır. Gəzinti zamanı ona polis geyimində çavuş rütbəli şəxs yaxınlaşmış və onu bölməyə dəvət etmişdir. Səbəb olaraq isə ev heyvanını buruntaqsız gəzdirməyin qadağan olduğunu bildirmişlər. Ev heyvanının şəkilini çəkdikdən sonra bölmədə ona protokol tərtib edilmişdir. Şikayəti bundandır ki, həmin ev heyvanı buruntaq taxmaqdan imtina edir və həmin cins it buruntaqsız gəzdirilə bilər. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərini müdafiə edib, şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi vasitəsilə iştirak etməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Nizami rayonu, Q.Qarayev prospektində avtodayanacaqda itini ağızlığı olmadan gəzdirdiyinə görə Azərbaycan Respublikası İXMnin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. X1 hazırkı şikayətində qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, X2 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. İşdə olan sübutlarla Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar