Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3512/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Hüquqi ünvanı ünvan 1 barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-158/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74D (Yeni qaydalarla:AZ1096, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 308C) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu 08/3028) elektrik enerjisinin verilməsinin dayandırılmasının "xxxx" ASC-yə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədi "xxxx" ASC tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-158/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi "xxxx" ASC tərəfindən icra olunmadığı üçün inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74D (Yeni qaydalarla:AZ1096, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 308C) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə işığın verilməsi təmin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 izahatında bildirdi ki, sözügedən icra sənədi tərəflərindən artıq icra olunmuş, xx.xx.2025-ci il tarixdən qeyri-yaşayış sahəsinə işığın verilməsi təmin olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, "xxxx" ASC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-158/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, ərizənin qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74D (Yeni qaydalarla:AZ1096, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 308C) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu 08/3028) elektrik enerjisinin verilməsinin dayandırılmasının "xxxx" ASC-yə qadağan edilməsi, qərardadən dərhal icra edilməsi qərar alınmışdır. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həmin icra sənədi dərhal icra edilməsi üçün "xxxx" ASC-yə göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-158/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi tərəflərindən icra olunduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-158/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi artıq "xxxx" ASC tərəfindən icra olunmuş, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilmiş, bununla bağlı tələbkarın borcludan şikayəti qalmamışdır. Odur ki, yuxarıda gösətrilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" ASC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-3512/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3512/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver