Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3513/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15211645 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15211645 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi **-PX-*** dövlət qeydiyyat nişanlı, “KİA SPORTAGE” markalı avtonəqliyyat vasitəsinin texniki baxışı üçün müayinə mərkəzinə getmişdir. Lakin məhkəmə qərarlarının əlində olmasına baxmayaraq, texniki baxışdan keçməsinə imtina edilmişdir. Səbəb ödənilməmiş cərimələrin olması göstərilmişdir. Ona “sənədin rəsmi verilməsinə dair kötük” adlanan sənəd verilmişdir. Hansı ki, orada qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmiş cərimələr göstərilmişdir. Bu sənədə əsasən imtina edilmişdir. Orada şikayət ərizəsi yazmaq istəmiş, lakin orada dəftərxana olmadığından rəsmi məktubla müraciət edə bilməmişdir. Bununla bağlı ona heç bir köməklik göstərə bilməyəcəklərini bildirmişlər. Dərhal Bakı şəhəri BPİ X6 İdarəsinə yollanmış, orada bir neçə əməkdaşla görüşmüş, heç kim ona kömək etməmişdir. 108-ci otaqda əyləşən əməkdaşa məhkəmə qərarlarını göstərmiş və texniki baxışdan keçirmək istədiyini, lakin bu cərimələrə görə imtina edildiyini bildirmişdir. Ona texniki baxışdan keçirmək üçün cərimələrin ödənilməsinin lazım olduğunu bildirmişdir. Buna etiraz etmiş, lakin etirazına heç bir əhəmiyyət verilməmişdir. xx.xx.2023-cü il tarixdə, “ASAN PAY” sistemində, EQ 15211645 nömrəli protokolla (qərar № EQ ********), İnzibati Xətalar Məcəlləsinin 339.1-1 (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) maddəsi ilə müəyyən edilmiş 50 manat məbləğində cərimə edildiyi məlum olmuşdur. Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi əsasnamənin, “Dövlət texniki baxışının keçirilmə qaydaları”-nın 4.1 bəndində “Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi həmin nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması və axtarışda olan nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır. Həmçinin əsasnamənin 7.2-ci bəndində nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə texniki baxışı keçirən orqanların vəzifəli şəxsləri, həmçinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə texniki baxışı keçirən orqanların vəzifəli şəxsləri, həmçinin nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Buna görə dəfələrlə "102" zəng mərkəzinə zəng edib şikayətini bildirmişdir. Azərbaycan Respublikasının daxili işlər nazirinə online şikayət ərizəsi yazmışdır. Cərimələrin sistemdən silinməsi üçün xx.xx.2023-cü il tarixdə Nərimanov rayon DYPŞ-nin rəhbərliyinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-575/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Bakı şəhəri BPİ X7 İdarəsinin rəhbərliyinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1439/2023saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, xx.xx.2023 cü il tarixdə Baş X6 İdarəsinin rəisinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-575/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1439/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, xx.xx.2023-cü il tarixdə Nərimanov rayon DYPŞ-nin rəhbərliyinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-575/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, xx.xx.2023 cü il tarixdə Bakı şəhəri BPİ X7 İdarəsinin rəhbərliyinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1439/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, xx.xx.2023-cü il tarixdə Baş X6 İdarəsinin rəisinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-575/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-917/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə, Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1439/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, texniki baxış zamanı verilən “sənədin rəsmi verilməsinə dair kötük” sənədi ilə rəsmi müraciət etmişdir. “Vətəndaşların müraciətlərinə dair qanunvericiliyin 10-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü müddətində baxılır.” Heç bir ərizəsinə bu günə kimi cavab verilməmişdir. xx.xx.2023-cü il tarixdə ona İXP ******* nömrəli protokol da yazılmış və məhkəməyə müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15211645 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş X4 və Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15211645 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 08:13-də 5 nömrəli xəstəxana istiqamətində “KİA Sportage” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 329.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1439/2023 saylı qərarından görünür ki, X4 barəsində Bakı şəhər BPİ X6 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, həmin nzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-1056/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarından Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti müddətin ötürülməsi ilə verildiyindən, apellyasiya şikayətinin baxılmasından imtina edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi məqsədi ilə iş materialları ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-575/2023 saylı qərarından görünür ki, X4 barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X6 Şöbəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, nzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 cərimə olunduğu İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP ******* saylı qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1439/2023 nömrəli qərarı ilə, İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP ******* saylı qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-575/2023 saylı qərarı ilə ləğv edilmişdir. X1 müəyyən edilmiş müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirmək istəsə də, onun ödənilməmiş cəriməsinin olması əsas gətirilərək, nəqliyyat vasitəsi texniki baxışdan keçirilməmişdir. X4 cərimə olunduğu qərarların ləğv edilməsinə dair məhkəmə qərarlarını müvafiq orqanlara təqdim etmişdir. Məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15211645 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 15211645 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3513/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3513/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver