Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3528/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 24 aprel 2023-cü il tarixdə, saat 24 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində “Koroğlu” metro stansiyası istiqamətində əsas yolda Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs idarə etdiyi “Subaru Forester” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 05 iyun 2023cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Subaru Forester” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə əsas hərəkət hissəsi ilə sağ hərəkət zolağı ilə şəhər istiqamətindən “Koroğlu” metro stansiyası istiqamətində 50 km/saat sürətlə hərəkət edərək “Bağırov” körpüsünün altından çıxıb təxminən 20 metr getdikdən sonra sağ hərəkət zolağında dayanmaq qadağan olunmuş yerdə dayanmış “Chevrolet Cruze” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı dayandığını görmüş, əyləci bassa da, məsafə az olduğu üçün onun idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü xəsarət almışdır. Lakin hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etmişdir. Bütün bunları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, zərərçəkmiş şəxs səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ondan şikayət və yələbinin olmadığını bildirmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. AR İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 370 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 8/1271 saylı rəyə əsasən “Subaru Forester” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, xx.xx.2023-ci il tarixli 370 saylı ekspert rəyi, 24.04 2023-cü il tarixli, No 8/1271 nömrəli ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 iyun 2023-cü il tarixli qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmişə vurulmuş ziyanın ödənilməsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3528/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3528/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver