Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3529/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev Əşrəf Əli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ashrafi X4, onun müdafiəçisi Nümayəndə, tərcüməçi X1 iştirakları ilə, Ashrafi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 10000-00036/23 nömrəli, 25 iyun 2023-cü il tarixli protokola əsasən Ashrafi X8 az miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə, yəni gizli saxlanc yerlərindən istifadə etməklə keçirmişdir. Bununla da, Ashrafi X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ashrafi X8 məhkəmə iclasında törətdiyi inzibari xətanı etiraf edərək əməlindən peşman olduğunu bildirdi və malların müsadirə olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Nümayəndə bildirdi ki, şəxs tərəfindən keçirilmiş mallar markalanmamış siqaretlər olmuşdur. Hazırda həmin malların müsadirə olunmasına etirazları yoxdur. Odur ki, inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X7 bildirdi ki, İran İslam Respublikasının vətəndaşı Ashrafi X2 İslam Respublikasının Biləsuvar şəhərindən əldə etdiyi az miqdarda, yəni 500 manat dəyərində 200 qutu “Matador Master” markalı siqaretləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “MAK” markalı, 63A5970/63A59810 dövlət qeydiyyat nişanlı yük-nəqliyyat vasitəsinin qoşqu hissəsinin döşəməsində olan gizli saxlanc yerində gizlədərək xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, ünvan 1 ünvanında "xxxx" MMC-nin həyətində yük avtomobilinə baxış keçirilərkən qeyd olunan aksiz markası olmayan siqaretlər aşkar edilmişdir. Bununla da, Ashrafi X8 İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Ashrafi X8 az miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə, yəni gizli saxlanc yerlərindən istifadə etməklə keçirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Ashrafi X5 əməlində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Ashrafi X5 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ashrafi X5 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, Tatyana Dudakovanın xahişini nəzərə alaraq, hesab edir ki, Ashrafi X8 Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ashrafi X8 Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 200 qutu “Matador Master” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3529/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3529/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver