Məhkəmə qərarları › İş №3(007)-3530/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3530/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3530/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 152 ünvanı olan Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə işləmək üçün icazəsi alınmış X6 və X2 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 çıxış edərək barəsində inzibati xətaya dair icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X10 çıxış edərək bildirdi ki, qeyd olunan şəxslər üçün MMC tərəfindən işğaldan azad olunmuş ərazilərə giriş-çıxış icazələrinin alınması hüquqi şəxs tərəfindən həyata keçirilsə də, qeyd olunan şəxslər onların işçisi olmamış, podratçı tərəfindən cəlb olunmuş şəxslərir. Şəxs tərəfindən həmin şəxslər işə cəlb olunmamış, qeyd olunan səbəblərdən onlarla əmək müqaviləsi bağlanmamışdır. Qeyd olunanlara əsaslanaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 çıxış edərək bildirdi ki, Şəxs tərəfindən hər hansı işin yerinə yetirilməsinə cəlb olunmamış, Qardaşı Rövşəndən atasının qəbrini təmir etmək məqsədilə işğaldan azad olunmuş əraziyə keçməsinə köməklik göstərməsini xahiş etmişdir. Belə ki, qardaşı Rövşən “Agropark”-a müxtəlif növ konteynerlərin satışını həyata keçirməklə məşğuldur. Rövşən vasitəsilə onun üçün qeyd olunan əraziyə giriş-çıxış icazəsi əldə edildikdən sonra, o Zəngilan rayonuna getmiş, vəfat etmiş atasının qəbrini təmir edib, geri qayıtmışdır. Bildirdi ki, ümumiyyətlə hər hansısa işlərin yerinə yetirilməsinə cəlb olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 çıxış edərək bildirdi ki, qayınatası Quliyev Fərmanın qardaşı Rövşən Quliyev Şəxs üçün satışını həyata keçirdiyi konteynerdə kondisoner quraşdırılmasını ondan xahiş etmiş, o da qohumunun xahişi ilə Zəngilan rayonuna getmiş, konteynerə kondisioner quraşdırmış və 1 gün sonra geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ölkə hüdudlarından kənarda olmuşdur. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, kondisoner quraşdırılması üçün heç bir əmək haqqı almamışdır. Çünki heç bir işə cəlb olunmamış, yalnız qohumu Rövşənin xahişi ilə Zəngilana 1 günlük səfər etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərə giriş-çıxışı alınmış şəxslər X2 və X6 Şəxs MMC tərəfindən hər hansısa işlərin yerinə yetirilməsinə cəlb olunmamışlar. Belə ki, həmin şəxslər üçün giriş-çıxış icazəsi Şəxs vasitəsilə podratçı Rövşən Quliyev tərəfindən alınmış, lakin şəxslər ümumiyyətlə hər hansısa işlərin yerinə yetirilməsinə cəlb olunmamışlar. Belə ki, X1 rayonuna vəfa etmiş atasına məxsus qəbiri təmir etmək, digər şəxs X2 isə qohumunun xahişi ilə konteynerə kondisoner quraşdırmaq məqsədilə getmişdir. Belə olan təqdirdə şəxslərin hüquqi şəxs tərəfindən nə vaxt və hansı işə cəlb olunması müəyyən edilməmiş, buna dair hansısa sübut iş materiallarında aşkar edilməmiş, protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin şahid Rasim Abdullayev tərəfindən məhkəməyə tədim edilmiş ümumvətəndaş pasportuna baxış keçirilərkən müəyyən edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ölkə hüdudlarından kənarda olmuşdur. Belə olduğu təqdirdə şəxsin işqaldan azad olunmuş Zəngilan rayonunda işə cəlb olunması istisna edilir. Bununla da təqdim edilmiş sübutlarla hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar