Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-357/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X2, şikayət vermiş şəxs X6 oğlunun iştirakı ilə, X1 İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayətlə müraciət edərək İXP ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməsini və şəxsi mülkündə olan maşının özünə qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi **-TJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə ayağında kəskin ağrı hiss etdiyi üçün sms icazə alaraq həkim müayinəsindən keçmək üçün Babək prospekti ilə hərəkət edən edən zaman “Nurgün” Motors"un qarşısında hərəkətdə olan YP 275 qeydiyyat nişanlı YPX avtomobili ona “saxla” əmri vermişdir. O, qanuna əsasən onun “saxla” əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini bildirmədən, sənədlərini istəmiş, o, etiraz etmədən təqdim etmişdir. YPX inspektoru X5 (döş nişani: 0520) ona bildirmişdir ki, guya onun maşınında olan səsboğucu sistemi normadan artıq səs çıxarır və o, özü nəyəsə müdaxilə edərək normativ tələbləri pozmuşdur. Bunu çox sərt və heç bir maddəni əsas gətirmədən və heç bir yoxlama aparmadan iddia edən YPX əməkdaşına protokol tərtib etməsini və bundan sonra tələb olunan hər bir tapşırığa əməl edəcəyini bildirmişdir. Lakin inspektor protokolu maşınını duracağa qoyduqdan sonra yazacağını bildirmiş və bunu çox sərt, yüksək və aşağılayıcı səs tonu ilə söyləmişdir. Bu barədə dərhal 102 xidmətinə məlumat vermişdir. (hadisə müddətində 4-5 dəfə 102 xidmətinə məlumat vermişdir, hər dəfə qanunsuzluqlar baş verdikcə). 102 xidmətinə verdiyi məlumat və polisin dedikləri üzərində olan səs qeydə alan cihazda var. YPX əməkdaşı ona bölməyə aparmaqla hədə qorxu gəlməyə başlamışdır. Bir müddət gözlədikdən sonra yol polisi maşınına yaxınlaşıb yenidən maşınında heç bir normativin pozulmadığı və sənədlərini qaytarmaqlarını və ya protokol tərtib etmələrini istədikdə sürücü qismində olan YPX əməkdaşı onu demək olar ki, “qovaladı”. YPX maşınında olan qeydiyyat cihazında bunlar yəqin ki, yaddaşda var. Ondan öncə YPX maşınına yaxınlaşıb səs qeydə alan cihazın işlək olub-olmamasını soruşduqda eyni hal baş vermişdir. Bir müddət sonra ünvanını bilmədiyi bölməyə aparılmışdır. Ona tabesizliyə görə raport yazılacağını söyləmişlər amma niyəsə yazılmamışdır. O, isə yalnız protokol tələb etdiyini söyləmişdir. Bundan sonra protokol tərtib edəcəklərini söyləyən YPX əməkdaşlarının arxasınca duracağın qarşısına qədər gəlmiş, duracağın qarşısında niyə protokolun hələ də verilmədiyini bildirmişdir. Bir az gözlədikdən sonra İlqar adlı şəxs yaxınlaşmış və kustar üsullarla heç bir standartlara cavab verilməyən şəraitdə, yolun ortasında, kalibrə edilməmiş aparatla və qaz pedalını demək olar ki, axıra qədər sıxmağını istəmişlər. O, bunun Azərbaycan Respublikasının qəbul etdiyi ölçmə standartları “ГOCT- 31333-2006” heç bir uyğunluğu olmadığını söyləmişdir. Ona “biz belə ölçürük ver məhkəməyə narazısansa” demişlər. “Azstandard”dan verilmiş məlumata əsasən “ГOCT- 31333-2006” standartı keçərlidir. Bu sənəd xx xxxx 2006-cı ildə qəbul edilmişdir. Bu standarta əsasən avtomobilin səsi “Şumomer”lə ölçülməlidir və onun da standartı “ГOCT- 17187”-ə uyğun olmalıdır. Qanuna əsasən şumomer ilk olaraq kalibrə edilməlidir, yəni yoxlanılmalıdır. Kalibrə üsulu istehsalçı tərəfindən müəyyən edilir və ya pistonfon adlı cihazla aparılır. Avtomobilin səsi tam düz yerdə keçirilməlidir və bu yer elə olmalıdır ki, orada təkər səsi demək olar ki, olmasın, yer quru olsun. Bu şəhər vəziyyətində yoxlanılmır. Avtomobilin səsi xüsusi sınaq poliqonunda yoxlanılır. Poliqonun asfalt örtüyündən tutmuş ərazinin küləkli olması da önəmlidir. Məsələn saniyədə 5 metrdən sürətli külək əsərsə sınaq keçirilmir. Mikrofon 1.20 metr hündürlüyündə quraşdırılmalıdır və “şumomer” ilə səsboğucu arasındakı məsafə 3 metrdən az olmamalıdır. Avtomobili hər iki tərəfdən ən azı iki dəfə ölçmək lazımdır. Ən əsası taxometr 3000 dövr/dəqiqə səviyyəsinə qədər qaldırılmalıdır. Ancaq İlqar adlı şəxs ondan maşına yüksək dövrlərə qədər qaz pedalını sıxmağını, yəni 5000 dövr/dəq dövriyəyə qaldırmağını istəmişdir. (normativ 3000 dövrdür). Şumomeri cəmi 20-30 sm aralı məsafəyə yerləşdirmiş və bunu adi yolun ortasında ölçmüşdür. Hansıki bu heç bir standartın tələblərinə uyğun deyildir. Bu şəraitdə motorun həcmi 3000 kub olan istənilən maşından yüksək səs çıxacağını güman edir. İlqar adlı şəxsin və YPX əməkdaşı X2 istədikləri də bu olmuşdur. Bununla belə maşınında səsin miqdarı maximum 96.7 desibel çıxmışdır. Limit isə M1 (minik maşınları üçün) 96 desibeldir. Bu yanlış və tamamilə standartlardan kənar ölçülmə YPX əməkdaşlarının qanunsuz olaraq onu günahkar hesab etmələrinə və İXP ******* saylı 500 manat miqdarında cəriməsi olan qərarsız protokolun tərtibinə gətirib çıxarmışdır. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 izahat verərək bildimişdir ki, xx.xx.2021-ci il tarixdə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında X1 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Məhkəmə şikayəti və inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə saat 17:05 radələrində Babək prospektində idarə etdiyi “BMW 530” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. X4 hazırkı halda İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət vermişdir. Həmin protokol əsasında X1 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 şikayəti geri qaytarılmalı, X3 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan həmin qərar şikayətə əlavə edilməklə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, inzibati xəta haqqında protokoldan isə inzibati məhkəməyə ərizə vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. X3 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan həmin qərar şikayətə əlavə edilməklə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, inzibati xəta haqqında protokoldan isə inzibati məhkəməyə ərizə vermək hüququ izah edilsin. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-357/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-357/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver