Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3570/2020 30.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Prokurorun nümayəndəsi, Bakı şəhəri Nizami rayon Prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu, A.Balakişiyev küçəsi, ev 43 ünvanında qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair, Bakı şəhəri, Nizami rayon prokurorunun inzibati xəta hqqında iş üzrə icraatın başlanması barədə qərarına baxaraq, MÜƏYYƏN ETDİ: X6 barəsində Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 1998-ci il təvəllüdlü X8 mübahisəli münasibətdə olduğu qayınanası Şəxs onunla Bəxtiyar Hüseynovu rəsmi boşayacağı barədə bildirməsindən sonra 21 iyun 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında özünü tavanda quraşdırılmış çilçıraqdan şarf vasitəsilə asmaq istəməsi barədə anası X1 müraciəti əsasında Bakı şəhəri, Nizami rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda hər hansı cinayətin tərkib əlamətləri olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Bununla belə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 09 mart 2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında X10 döyüb qəsdən zorakı hərəkətlər edərək ona sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol saidin ön səthinin, sol əlinin arxa səthinin, ll-lll əl-darağı nahiyyəsinin, sol əlinin İİ barmağın arxa səthinin əsas falanqasının, sağ əlinin İİ əl-darağı nahiyyəsinin piqmentasiya sahələrinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirmişdir. Ona görə də, xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailə, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi X5 28 dekabr 2020-ci il tarixli qərarın məzmununa uyğun izahat verdi və X6 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 izahat verərək göstərdi ki, oğlu ilə gəlini arasında bir neçə dəfə sözlü mübahisə olmuşdur. Gəlini Turan evə gec gəldiyi üçün ona irad bildirmişdir. Mübahisədən sonra gəlini Turan yaşadığı evdən çıxaraq valideynlərinin yanına getmişdir. Ondan sonra gəlini ilə münsiyyəti olmamışdır. Hazırda oğlu Bəxtiyar ilə gəlini Turan rəsmi olaraq boşanmağa hazırlaşırlar. Gəlininə heç vaxt hədə-qorxu gəlməmiş, ona zor tətbiq etməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 1998-ci il təvəllüdlü X8 mübahisəli münasibətdə olduğu qayınanası Şəxs onunla Bəxtiyar Hüseynovu rəsmi boşayacağı barədə bildirməsindən sonra 21 iyun 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında özünü tavanda quraşdırılmış çilçıraqdan şarf vasitəsilə asmaq istəməsi barədə anası X1 müraciəti əsasında Bakı şəhəri, Nizami rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda hər hansı cinayətin tərkib əlamətləri olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Bununla belə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 09 mart 2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında X10 döyüb qəsdən zorakı hərəkətlər edərək ona sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol saidin ön səthinin, sol əlinin arxa səthinin, ll-lll əl-darağı nahiyyəsinin, sol əlinin İİ barmağın arxa səthinin əsas falanqasının, sağ əlinin İİ əl-darağı nahiyyəsinin piqmentasiya sahələrinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirmişdir. İş materiallarında olan 490 nömrəli ekspert rəyindən görünür ki, X3 saidin ön səthinin, sol əlinin arxa səthinin, ll-lll əl-darağı nahiyyəsinin, sol əlinin İİ barmağın arxa səthinin əsas falanqasının, sağ əlinin İİ əl-darağı nahiyyəsinin piqmentasiya sahələri – keçmiş sıyrıq izləri olmuşdur. Qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri aşkar edilməmişdir. Həmin zərərin hündürlükdən yıxılması nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işdə iştirək edən şəxsləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla X4 inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, X4 törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə X4 məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 60 yaşına çatdığı üçün onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 60 yaşına çatmasını və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu, A.Balakişiyev küçəsi, ev 43 ünvanında qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-3570/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3570/2020
30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver