Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-360/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızı “Bank Olmayan Kredit Təşkilatı “İnternational”” QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: “Bank Olmayan Kredit Təşkilatı “İnternational”” QSC tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İş materiallarından görünür ki, Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən “Bank Olmayan Kredit Təşkilatı “İnternational”” QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 26.10.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin protokolun və toplanmış materialların surəti 03 fevral 2022-ci il tarixdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətə məhkəməyə göndərilməmişdir. Bundan başqa Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə “Bank Olmayan Kredit Təşkilatı “İnternational”” QSC-nin barəsində tərtib edilmiş 26.10.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və protokola əlavə edilmiş sənədlərin surəti təqdim edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, inzibati xəta haqqında protokol və inzibati icraat zamanı toplanmış sənədlər prosessual sənəddir və qeyd edilmiş sənədlərin əslinin məhkəməyə təqdim edilməli olduğu təqdirdə səlahiyyətli orqan tərəfindən yalınız sənədlərin kserosurət təqdim edilmişdir ki, bu da işə baxılaraq mahiyyəti üzrə qərar qəbul edilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün “Bank Olmayan Kredit Təşkilatı “İnternational”” QSC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 109 və 118-сi maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Bank Olmayan Kredit Təşkilatı “İnternational”” QSC-nin barəsində tərtib edilmiş 26.10.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-360/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-360/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver