Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-361/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 12, mənzil 34-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 26 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 06 aprel 2022-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, “VAZ 21074” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə başqasına satmışdır, həmin şəxsin avtomobili idarə etdiyi müddətdə yol verdiyi pozuntuya görə cərimə yazılmışdır. Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmiş, ona rəsmi məlumat göndərilmişdir ki, avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Hazırda öyrənmişdir ki, avtomobil Cəlilabad rayonu ərazisində saxlanılmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan qərardan görünür ki, Şəxs 06 aprel 2022-ci il tarixdə “VAZ 21074 minik” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu ərazisində hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Şəxs ünvanlanmış 01 mart 2022-ci il tarixli 016-15506İ-4222 nömrəli məktubundan görünür ki, mülkiyyətçisi olduğu “VAZ 21074 minik” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı ərizəsinə baxılmışdır. Qaldırdığı məsələnin həlli üçün həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs mülkiyyətçisi olduğu “VAZ 21074 minik” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında başqa şəxsə vermişdir, həmin şəxs tərəfindən avtomobil idarə olunur, lakin həmin şəxs tərəfindən törədilən inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Bununla bağlı Şəxs DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı ərizəyə baxılmış, avtomobilin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Buna baxmayaraq Şəxs 06 aprel 2022-ci il tarixdə sözügedən avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 50 manat məbləğində cərimə edilməsinə dair 06 aprel 2022-ci il tarixli qərar qəbul edilmiş, onun həmin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib olunmuş və mahiyyəti üzrə baxılmaıs üçün məhkəməyə göndərilmişdir. Sözügedən maddənin tələbinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 06 aprel 2022-ci il tarixdə “VAZ 21074 minik” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə törədilməsi ehtimal edilən inzibati xəta, həmin avtomobilin Şəxs istifadəsində, sərəncamında olmadığı dövrdə törədildiyindən, onun bu xətaya görə qəbul edilmiş 06 aprel 2022-ci il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanuni əsaslar olmamışdır, o, həmin əmələ görə inzibati qaydada təqsirli bilinərək tənbeh edilə bilməz, əməlində inzibati xəta tərkibi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-361/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-361/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver