Məhkəmə qərarları › İş №3(007)-3612/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3612/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3612/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi – X5 və Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X3 iştirakları ilə, X5 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi nin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ********** nömrəsindən şikayətçinin 055 ******* nömrəsinə whatsapp üzərindən polis kapitanı Xəlil Cəfərov TŞ kamerasından qeydə alınmış və telefonla monitorun ekranından çəkilmiş 7 sayniyəlik video görüntü göndərdi və səsli mesajla xx.xx.2023-cü il tarixdə inzibati xəta törətdiyini bildirərək onun yanına gəlməyimə zəruriyyət olduğunu bildirdi. Şikayətçi İXM-nin 121-ci maddəsini əsas gətirərək gəlməkdən imtina etmiş, inzibati xətanın mövcudluğu ilə razılaşmadığını, etibarnamə olan həmin markada nəqliyyat vasitəsinin həmin tarixdə tərəfindən idarə edilmədiyini, video görüntüdə avtomobilin nömrəsi görünmədiyini, foto-video qeydiyyat funksiyasına malik texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar üzrə icraatın İXM-nin 122.1 maddəsinin tələblərinə uyğun aparılmalı olduğunu bildirmiş və İXM-nin 38.4 maddəsinin tələbini vurğulamaqla, onun inzibati xətadan 8 gün sonra icraat aparması qanunsuz olduğunu bildirmişdir. Whatsapp üzərindən zənglə icraatı davan etdirən Xəlil Cəfərov inzibati xətanı xx.xx.2023 tarixində ''kamera vasitəsi ilə bilavasitə aşkarladığını", 8 gün araşdırma apardığını və öz işini yaxşı bildiyini bildirdi. Bir neçə dəqiqə sonra isə o, inzibati Xətalar Məcəlləsini kənara qoyub özü bildiyi kimi icraat apar araq faktiki iştirakı olmadan xx.xx.2023-cü il tarixdə videoqeydiyyat funksiyasına malik texniki vasitənin köməyi ilə aşkar etdiyi inzibati xətaya görə xx.xx.2023-cü il tarixdə İXM-nin 124.2 maddəsinə uyğun icraat aparmaqla barəsində İXP5366656 saylı protokolu qanunsuz sistemə daxil etdi və TP5688119 saylı inzibati tənbeh vermə haqqında qərarı dərhal çıxartdı. Xəlil Cəfərov protokolda xətanın mahiyyətini "327.4 halına yol vermişdir" olaraq qeyd etmiş, protokolun tərtib edildiyi yeri, şəhər göstərmədən rayon və küçə adlarını kiçik həriflərlə yazaraq, yalandan "xətai r.n rəfiyev küç" göstərsə də, həmin vaxt o Nəsimi rayon ərazisində iş yerində olduğunu qeyd etmişdir. Qeyd olunanlara əsasən, inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, TP ******* saylı qərarı əsassızdır və onun tərəfindən qərarda qeyd edilən qayda pozuntusuna yol verilməmişdir, belə ki inzibati xətanın törədildiyi iddia olunan vaxtda Xətai rayonu ərazisində deyil, Nəsimi rayonu ərazisində işdə olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X6 törədilmiş inzibati xəta hadisəsinin görüntülərinin qeyd olunduğu CD disk məhkəməyə təqdim etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli, TP ******* saylı qərara əsasən X7 xx.xx.2023-cü il tarixdə, saat 08:27 radələrində “HYUNDAİ ELANTRA” **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəcəfqulu Rəfiyev küçəsi ilə hərəkət edərkən üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməklə İXM-in 327.4-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. İş materiallarında olan və həmçinin sonradan məhkəməyə təqdim edilmiş CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-nin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar