Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3613/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, qərardan şikayət vermiş X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə onun idarə etdiyi 99JZ426 dövlət qeydiyyat nişanlı – “BakuBus”-a məxsus olan sərnişin nəqliyyatı avtobusu ilə hərəkət edərkən şəxsi minik maşını ilə avtoqəza keçirmişdir. Hadisə sərnişin daşıma nəqliyyatı üçün nəzərdə tutulmuş xüsusi üfüqi nişanlama ilə qeyd edilmiş dayanacaq ərazisində baş vermişdir. İnzibati xəta qarşı tərəfin yol hərəkəti qaydalarına riayət etmədəyinə görə baş vermişdir. Bunu nəzərə alaraq xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs Nərimanov rayon DYPŞ-nin polis kapitanı X1 məhkəməyə ərizə ilə müraciət edərək xidməti zərurətlər əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iş üçün əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim etmişdir. Ona görə də, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X6 Şöbəsinin 04 iyul 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Bakı şəhəri, Təbriz küçəsi ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində xx.xx.2023-cü il tarixdə, saat 10:15-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə, “BMC PROCİTY 12M AVTOUS” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında Nərimanov rayon DYPŞ-nin polis kapitanı X1 tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirilən zaman X4 tərəfindən inzibati xətanın törədilməsi müəyyən olundu. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X3 idarə etdiyi “BMC PROCİTY 12M AVTOUS” markalı **- JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Təbriz küçəsi ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması işdə olan videogörüntü, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidi; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, X4 istifadəsində olan “BMC PROCİTY 12M AVTOUS” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozma ilə müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon X6 Şöbəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3613/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3613/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver