Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-366/2020 13.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 vəkili-Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Avrasiya” klinikasında kassir işləyən, Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsi ev 11/4-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 48-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli MN Seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)- 3695/2019 nömrəli icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, bütün məhkəmə iclaslarında verdiyi izahatlarında və məhkəmə qərarlarından şikayətlərində vurğulamışdır ki, onun bütün cehiz əşyaları mülki işə baxılarkən keçirilmiş ekspertizanın xx xxxx 2019-cu il tarixli 2980 nömrəli rəyində göstərilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsində Zərərçəkmiş şəxs tərəfindən ona 13.000 manat məbləğində kompensasiya verilməklə azyaşlı uşağı 2009-cu il təvəllüdlü X4 ilə birlikdə Zərərçəkmiş şəxs sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və ona məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmişdir. Məhkəmə qərarlarının bir-birinə ziddiyyət təşkil etməsi, qətnamədə cehiz əşyalarının tam göstərilməməsi və bu məsələlərin tam həllini tapmaması onun məhkəmə qərarını icra etməməsinə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Bu qərardan narazı qaldığı üçün əlavə kassasiya şikayəti vermişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında olan ona məxsus cehiz əşyalarından onun tərəfindən istifadəyə X5, Nümayəndə1 və Zərərçəkmiş şəxs tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin əşyaların yerinin dəyişdirilməsi X5, Nümayəndə1 və Zərərçəkmiş şəxs qadağan edilmişdir. Lakin həmin şəxslər qətnamədə göstərilənlərə əməl etməyərək cehiz əşyalarının yerini dəyişmiş, onun əşyalarını yararsız vəziyyətə salmışlar. Həmin qətnamədən də görünür ki, ünvan 1 ünvanında onun Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsində göstəriləndən daha çox əşyası vardır. Müvafiq pozuntularla bağlı icra məmurunun icraata başlamaq haqqında qərarından da şikayət vermiş, lakin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayəti təmin edilməmişdir. Mübahisə öz həllini tapmadığından, ona məxsus əşyalar uşağı ilə birlikdə qeydiyyatda olduğu həmin ünvanda məhv olub gedir, kompensasiya kimi təyin olunmuş məbləğ isə öz əhəmiyyətini itirir. Hesab edir ki, əşyaları məhv olsa da, köçürülməsi müəyyən edilmiş evdə qalmalı, mübahisə qanuni həllini tapmalıdır. Əslində əsl zərəri o görür, qarşı tərəf azyaşlı uşağın saxlanılması üçün müəyyən olunmuş alimenti də ödəmir, uşağa özü tək baxır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 vəkili Nümayəndə2 bildirmişdir ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3695/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır, müxtəlif məhkəmə instansiyalarına müraciət edərək işin icrasına maneçilik törədir. Hansı ki, icra sənədinin icrası ilə bağlı tələbkar Zərərçəkmiş şəxs üzərində düşən vəzifə yerinə yetirilmiş, Şəxs ödəniləcək 13.000 manat məbləğində kompensasiya Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin hesabına köçürülmüşdür. Borclu sonradan gələrək cehiz əşyalarının əksəriyyətini özü ilə aparsa da, qalan əşyaları aparmaqdan əsassız olaraq imtina edir. Məhkəmədən Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş xx xxxxx 2019-cu il tarixli 2(103)-3695/2019 nömrəli icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Şəxs 13.000 manat məbləğində kompensasiya verilməklə Şəxs azyaşlı uşağı 2009-cu il təvəllüdlü X4 ilə birlikdə Zərərçəkmiş şəxs sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməli və Şəxs məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakları həmin evdən çıxarılmalıdır. İşdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(007)- 189/2019 nömrəli qətnaməsindən görünür ki, ünvan 3 ünvanda yerləşən iddiaçı Şəxs məxsus 2 ədəd çarpayı, yanında olan iki ədəd tumba ilə birlikdə, bir ədəd şifoner, iki kreslo, 1 divan, 1 ədəd kəfkirli saat, 1 ədəd yemək masası, iki ədəd stul, 5 ədəd xrustal iri rumka, bir ədəd xrustal hündür meyvə qabı, 2 dəst qrafin rumkası (5 əd), 1 dəst 6 nəfərlik çay dəstgahı (nəlbəkiləri yoxdur), 1 boz qara rəngdə kreslo-divan üstü (iki ədəd kreslo üçün örtük yoxdur), 1 dəst 6 nəfərlik göy rəngli kofeyni dəst (bir ədəd fincan çatışmır), 4 ədəd şüşə qapaqlı qazan dəsti, 1 ədəd taxta karniz əşyalarından iddiaçı tərəfindən istifadəyə cavabdehlər X5, Nümayəndə1 və Zərərçəkmiş şəxs tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, qeyd olunan əşyaların yerinin dəyişdirilməsi X5, Nümayəndə1 və Zərərçəkmiş şəxs qadağan edilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli MN Seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-3695/2019 nömrəli icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən həmin tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatı və məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)- 3695/2019 nömrəli icra sənədi üzürsüz səbəbdən icra edilməmiş, bununla da onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, Şəxs Sabir qızının məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, məhkəmə həmin izahatı onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, hesab edir ki, irəli sürülən dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrasına maneə deyildir. İnzibati qanunvericiliyin mənasına görə, hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs Sabir qızının yol verdiyi inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur, ona görə o, inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta ilə bağlı MN Seriyalı, ******* nömrəli protokol xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta davam edən inzibati xətalara aid olduğundan, İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət xətanın aşkara çıxarıldığı xx xxxxxx 2019-cu il tarixindən hesablanmalı, inzibati xətanın törədildiyi gündən üç ay keçməsi, habelə işə hal-hazıradək müvafiq səbəblərdən (işə daha əvvəl iki dəfə birinci instansiya məhkəməsində, iki dəfə isə apellyasiya instansiyası məhkəməsində baxılmışdır) baxıla bilməməsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini ağırlaşdırmalı olmaması nəzərə alınaraq, Şəxs Sabir qızı inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1 və 38.2-ci maddələri ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1 və 38.2-ci maddələri ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-366/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-366/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver