Məhkəmə qərarları › İş №3(007)-3660/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3660/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3660/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 11 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şəxs 10 avqust 2025-ci il tarixdə, saat 10:30 radələrində “Madonna” restoranının yanındakı yolun dairəsində körpünün üzərinə çıxarkən etdiyi xətaya görə YPX əməkdaşları tərəfindən saxlanılarkən polisin qanuni tələblərini pozmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. O əlavə olaraq qeyd etmişdir ki, Madonna dairəsində mütləq dönmə işığından istifadə edilməlidir. xx.xx.2025-ci il tarixdə “Madonna” yaxınlıqdakı dairədən üzü Koroğlu İstiqamətində gedərkən dönmə işığından istifadə etməmiş, polis əməkdaşı onu saxlayanda ona özünü təqdim etməsini bildirmişdir. Vətəndaş ilə əməkdaş arasında ziddiyyət yaranmış, vətəndaş polis əməkdaşından onu nə üçün saxladığını soruşmuş, polis əməkdaşları isə sənədlərini təqdim etməsini istəmişdir. Şəxs sənədlərini vermədiyi üçün onu post-patrul dəvət edərək 25-ci PB-nə gətirilib, protokol tərtib edilib və şəxs saxlanılmışdır. Burada ola bilər ki, vətəndaş anlamayıb, hüquqi savadı olmadığı üçün sənədlərini təqdim etməmişdir. Ola bilər ki, polis əməkdaşı da tələskənlik edib, belə ki ona izah etməlidir ki, bu qayda pozuntusunu etmiş və ona görə də sənəd istəmişdir. Amma sürücü qanunverciliyə görə sənədlərini təqdim etməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ yolpatrul xidməti inspektoru, polis baş serjantı X1 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində, 09:55 radələrində xidmətdə olduqları vaxt Mehdi Abbasov küçəsindən üzü Koroğlu İqtiqamətində hərəkət edən **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobilin dönmə işığından istifadə etmədiyini görüb avtomobil tərəflərindən saxlanılmışdır. Sürücü avtomobili Koroğlu metrosunda körpünün altında saxlama yerində saxlamışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etmiş və bildirmişdir ki, “Yol hərəkəti haqqında” AR Qanununun 37-ci maddəsinə əsasən sənədlərini təqdim etsin. Sürücü qayda pozmadığını, ona görə sənədlərini təqdim etməyəcəyini bildirmişdir. “Polis haqqında” AR Qanununun 7-ci maddəsi və “Yol hərəkəti haqqında” AR Qanununun 37-ci maddəsinə əsasən sürücülər sənədləri özləri də saxlamalı və yol patrul xidməti inspektoruna sənədlər təqdim edilməlidir. Məlum olmuşdur ki, vətəndaş taksi fəaliyyəti ilə məşğul olur. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya, sertifikat və bəzi sənədlər olmalıdır. Bu da onlarda sistemdə görünmür və onu birmənalı olaraq sürücü təqdim etməlidir. Sürücü daha sonra maşında yerləşdirilən registrator vasitəsi ilə onu görüntüyə almağa başlamışdır. O, dəfələrlə bildirmişdir ki, yaxınlıqda Daxili İşlər nazirliyi tərəfindən təmin edilmiş 2 ədəd kamera vardır. Bunu deməyinə baxmayaraq vətəndaş onun sözlərinə məhəl qoymamış, sənədləri yen də ona təqdim etməmişdir. Ona görə də 5952 nömrəli patrul xidmətini dəvət etmiş, post-patrul xidməti onlara yaxınlaşmışdır. Daha sonra şəxsi 25-ci PB-nə dəvət etmiş, ondan sonra raport əsasında hadisəni qeyd etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Onlarda bununla bağlı görüntülər var. Avtomobilin arxa oturacağında hətta bir xanım sərnişin var idi, xanım da pulu əvvəlcədən kartla ödəniş etmişdir. O, vətəndaşın taksi fəaliyyəti ilə məşğul olmasını biləndə ondan bu barədə sənədləri istəmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 37-ci maddəsində qeyd edilir ki, sürücü sənədlərini təqidm etməlidir. O, şəxsə yaxınlaşan zaman sənədləri təqdim etdikdən sonra hansı qayda pozuntusu etdiyini bildirəcəkdi, protokol tərtib ediləndə narazılığı olacaqdısa şikayət verəcəkdi. Qanunvericliyə görə sürücü özünü təqdim etməlidir, tələb olunduqda isə sürücülük vəsiqəsini polis əməkdaşına verməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, özünü təqsirli bilmir. “Madonna” restoranından Koroğlu istiqamətində körpünün üstündə yol-patrul əməkdaşı saxla əmri vermiş, o da bildirmişdir ki, körpünün üstündə saxlamaq olmaz, sağda avtobus zolağı var, mümkündürsə piramida deyilən yerdə saxlasın. Orada saxlamış, əməkdaş ona yaxınlaşmışdır. Onun maşınının registratoru arxanı, sağı, solu da çəkir. Polis əməkdaşı yaxınlaşıb dərhal ondan sənədləri istəmiş, o da bildirmişdir ki, saxlama səbəblərini izah etsinlər. O da “Polis haqqında” AR Qanununun 13-cü maddəsinin tələbini irəli sürmüş, bildirmişdir ki, maşını saxladıqdan sonra sürücüyə saxlama səbəbləri izah edilməlidir. Yol patrul inspektoru bildirmişdir ki, sənədləri yoxlamalıdır. Məqsəd sənəd yoxlamaqdırsa portala baxıb sənədləri yoxlaya bilər. Onunla polis əməkdaşları arasında saxlayanda və polis şöbəsində taksi fəaliyyəti ilə məşğul olması barədə söhbət olmayıb. O, 15 ildir ki, maşın idarə edir, taksi fəaliyyəti ilə məşğul olur. Heç bir yol polisi əməkdaşına tabesizlik göstərməmişdir. Onun dönmə işığından istifadə etmədiyi yadında deyil, polis ona bildirməli idi ki, qayda pozuntusu vardır. Evlidir, 12 və 9 yaşlı iki övladı vardır, barəsində əvvəllər inzibati və cinayət işi olmamışdır. Qeyd etdiklərinin cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal və Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuş X2 dərhal azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar