Məhkəmə qərarları › İş №3(007)-3665/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3665/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3665/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştiakı ilə, Hüquqi ünvanı: ünvan 1yatda olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixli, **********7959 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 94324795 nömrəli nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş yükə dair yüklər Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAlS-də məlumat qeydə alınmamışdır. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, №00100-01851/24 saylı (EP № 0155569) inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək törədilmiş inzibati xətanı etiraf edərək, 3 müxtəlif yükün eyni nəqliyyat vasitəsi ilə, lakin ayrı-ayrı sorğular əsasında gətirildiyini, hər yükə dair ayrıca qısa idxal bəyannaməsinin verilməli olduğunu bildiklərini, bununla razı olduqlarını bildirdi. Lakin həmin 3 yükə dair ayrı-ayrı inzibati xəta haqqında protokolun tərtib olunması ilə razı deyillər və işlərin bir icraatda birləşdirilərək barələrində tənbeh tədbirinin bir dəfə tətbiq olunmasını məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Beləliklə, Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, hüquqi şəxsin sifarişi əsasında ölkə ərazisinə idxal edilmiş 3 müxtəlif mal bir nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilsə də, həmin mallar MMC tərəfindən müxtəlif sorğu nömrələri əsasında sifariş olunmuş, qeyd olunan səbəbdən hər mala görə ayrıayrılıqda qısa idxal bəyannaməsi təqdim olunmalı olunduğu halda təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni nəqliyyat vasitəsində gətirilmiş digər gömrük bəyannamələri üzrə qısa idxal bəyannaməsinin təqdim edilməməsi səbəbindən hüquqi şəxsin inzibati qaydada məhkəmə tərəfindən cərimə olunması hazırkı iş üzrə məsuliyyəti aradan qaldıran hal kimi çıxış edə bilməz. Belə ki, hazırkı iş üzrə eyni hüquqi şəxs barəsində eyni inzibati xətaya görə deyil, müxtəlif inzibati xətaya görə protokol tərtib edilməklə baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar