Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3667/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, “M-X9 Hafriyat Sanayi ve Ticaret Limited Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının direktoru Furkan Uzuntaşın vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şikayətçi “M-X9 Hafriyat Sanayi ve Ticaret Limited Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının direktoru Furkan Uzuntaşın X5 Xidmətinin 10 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, xx.xx.2024-cü il tarixli MN №1613534 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən o, “M-X9 Hafriyat Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru olaraq vəzifəli şəxs kimi inzibati qaydada cərimə edilmişdir. Belə ki, sözü gedən Qərar onunla əsaslandırılmışdı ki, o keçmiş işçisi X1nun işğaldan azad olunmuş ərazilərdə polis postlarından sərbəst keçməsi məqsədi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş:‘ informasiya sistemi üzərindən icazə almışdır, lakin həmin şəxslə şirkət arasında əmək müqaviləsi bağlanılmamışdır. xx.xx.2024-cü il tarixdə şifahi qaydada DƏMX-nin Bakı şəhər İdarəsinə dəvət olunaraq 4000 manat cərimə olunmuşdur. Protokolda müəyyən edilib ki, İXM 192.1-ci maddəsinin tələblərini pozaraq X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunmuşdur. Halbuki, həmin şəxs əvvəllər rəsmi işçi olub, daha sonra işlər bitdikdən sonra onun əmək müqaviləsinə xitam verilmişdir. X1 da öz növbəsində əvvəllər şirkətdə işlədiyini daha sonra işdən çıxdığını və işdən çıxdıqdan sonra şirkət rəhbərliyi tərəfindən onun heç bir işin görülməsinə cəlb edilmədiyini xx.xx.2024-cü il tarixdə yazılı surətdə DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim etmişdir. (Bax Qoşma 3.) X5 Xidmətinin Bakı şəhər İdarəsi qanunsuz olaraq, heç bir araşdırma aparmadan məni vəzifəli şəxs kimi inzibati qaydada İXM-nin 192.1 maddəsilə 4000 azn qanunsuz olaraq cərimə etmişdir. Hesab edir ki, X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN №1613534 saylı İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməsini və X5 Xidmətinin 10 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi “M-X9 Hafriyat Sanayi ve Ticaret Limited Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının direktoru Furkan Uzuntaşın vəkili və nümayəndəsi Vəkil çıxış edərək bildirdi ki, şirkət tərəfindən X6 ilə bir il öncə əmək müqaviləsi bağlanmış və o, 2023-cü ilin iyun ayından 2024-cü ilin may ayınadək əmək fəaliyyətinə cəlb olunmuşdur. Sonradan həmin şəxs üçün şirkət tərəfindən işğaldan azad olunmuş əraziyə giriş-çıxışa dair icazənin alınmasına səbəb isə həmin ərazidə qalan yükqaldıran kranların çıxarılması ilə bağlı olmuşdur. Belə ki, X6 2024- cü ilin may ayından sonra şirkət tərəfindən hər hanısa əmək fəaliyyətinə cəlb olunmamış, bu səbəbdən də onunla əmək müqaviləsi bağlanmamışdır. Qeyd olunanalara əsaslanaraq protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, hüquqi şəxs tərəfindən bir neçə dəfə işçi üçün işğaldan azad olunmuş ərazilərə giriş-çıxışa dair icazə alınmış, bununla da onun həmin ərazidə faktiki işə cəlb olunduğu təsdiq olunmuşdur. Beləliklə “M-X9 Hafriyat Sanayi ve Ticaret Limited Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının direktoru Furkan Uzuntaş barəsində X5 Xidmətinin 10 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “M-X9 Hafriyat Sanayi ve Ticaret Limited Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının direktoru Furkan Uzuntaş İXM-nin 192.1-ci maddəsiilə təqsirli bilinib, barəsində 4000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan X6 tərəfindən təqdim edilmiş izahatda qeyd olunur ki, o “M- X9 Hafriyat Sanayi ve Ticaret Limited Şirketi” tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək fəaliyyətinə cəlb olunmuş, 2023-cü ilin may ayından sonra şirkət tərəfindən hər hansısa işlərin görülməsinə cəlb edilməmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın çıxarılmasına əsas olmuş işçinin, yəni X3 işğaldan azad olunmuş ərazilərdə işə cəlb olunub-olunmaması məsələsi müvafiq orqan tərəfindən araşdırılmamış, həmin şəxsin X5 Xidmətinə ünvanlanmış izahatı nəzərə alınmamış və bununla bağlı hər hansısa sübut iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, vəzifəli şəxs barəsində DƏMX Bakı şəhər İdarəsi tərəfindən 10 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılarkən, yalnız X3 işğaldan azad olunmuş əraziyə giriş-çıxışına dair icazə əsas götürülmüş, işçinin həmin ərazidə faktiki əmək fəaliyyətinə cəlb olunması məsələsi araşdırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanunsuzdur, qeyd edilən hallar araşdırılmalı olduğundan qərar ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Şikayətçi “M-X9 Hafriyat Sanayi ve Ticaret Limited Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının direktoru Furkan Uzuntaşın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3667/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3667/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver