Məhkəmə qərarları › İş №3(007)-3671/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3671/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3671/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş 29 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən Şəxs X4 xeyrinə 21500 manat pul, 10 manat dövlət rüsumu, 21510 manat pulun tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-11260/2017 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməyərək 18410 manat borcu ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. O həmçinin bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 11260/2017 nömrəli icra sənədi xx.xx.2018-ci il tarixdə icraatına daxil olmuş, icra hərəkətləri aparılaraq məhkəməyə məlumat verilmiş, icra hərəkətləri aparıldığı müddətdə borclu birinci dəfə 2018-ci ildə axtarışla icra şöbəsinə gətirilmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və ona 10 gün həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. 2018-ci ildən sonra borclu Şəxs borcunun ödənilməsi üçün təşəbbüs göstərmiş, lakin tələbkar ilə aralarında bu barədə razılığa gələ bilməmişlər. Borcluya icra şöbəsinin depozit hesabı təqdim edilmiş, həmin müddətdə o, ölkə hüdudlarından kənarda olmuş, barəsində yenidən axtarış barədə qərar qəbul edilmişdir. Borclu Naxçıvan MR Sədərək gömrük məntəqəsindən keçib Bakıya gəlmişdir. O, özü də izahatında axtarışda olduğunu bildiyini qeyd etmişdir. Borclu icra şöbəsinə yaxınlaşıb izahat vermişdir ki, borcunu ödəməkdən imtina etmir, hazırki müddətə kimi borc məbləğindən 7000 manat pul ödəmişdir. Tərəflərindən bu barədə faktiki olaraq araşdırılan zaman 3100 mana ödənişin qəbzinin aşkarlamışlar. Hazırda borclunun depozitə ödədiyini bildirdiyi yerdə qalan 4000 manat vəsaitin araşdırılmamasının səbəbi depozitə baxan icra məmurunun məzuniyyətdə olmasıdır. Buna görə də onun barəsində 18410 manat üzrə məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. İcra sənədi üzrə tələbkar ilə ümumi razılıq olması üçün çalışmış, tələbkara depozitdə pul olduğunu, borclunun 7000 maant ödəniş etməsi barədə bildirdiyini qeyd etmiş, tələbkar ilə bir neçə dəfə əlaqə saxlamış və məhkəmə iclasına gəlməsini də bildirmişdir. Borcun ödənilməsi üçün tələbkar əvvəl təkid edirdi, indi məlumatı yoxdur ki depozitə ödəniş edilir. Bundan əvvəl borclu tərəfindən 5000 manat ödəniş edilməsinə dair təklif edilmiş, depozit hesabına həmin müddətdə, yəni 2018-ci ildə 1000 manat ödəniş edilmişdr. Ondan sonra borclu depozitə hər ay ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Məhkəmə tərəfindən ona 2018-ci ildən 10 gün müddətində həbs veriləndən sonra tələbkar ilə görüşüb pul təklif etmiş, lakin qarşı tərəf pulu götürməmişdir. Tələbkar pulunu tam istədiyini bildirmişdir. O, qarşı tərəfdən pul almamış, aralarında mal söhbəti olmuş, sadəcə sənədə imza çəkmişdir. O, 2018-ci ildən Türkiyədə işləyir, pulu depozitə ödəyirdi. Sonradan pandemiya olmuş, ölkəyə gəlmiş, gələndə axtarışda olduğundan xəbəri olmuş və onu Naxçıvan MR ərazisində saxlamışdırlar. Hazırda da ödənişini edir, öhdəliyindən boyun qaçırmır. Kirayədə yaşayır, aylıq 250 manat kirayə haqqı ödəyir, pulunu ödəmək üçün adında satacağı hər hansı əmlak da yoxdur. Ailədə tək o işləyir, icarəyə avtomobil götürərək günlük taksi fəaliyyəti ilə məşğul olur, astma xəstəliyinə görə tozlu-torpaqlı işlərdə işləyə bilmir. Anası xəstədir, əlilliyi vardır, atası vəfat etmişdir, qızı 11-ci sinifi, oğlu da 5-ci sinifi bitirmişdir. Qızı bu il ali məktəbə qəbul olmuşdur, onun təhsili ilə də məşğul olmalıdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş edilmişdir. Hazırda da üzərində qohumlardan yığdığı 500 manat vardır, qarşı tərəf də gəlsə idi burada həmin məbləği təklif edib ödəniş edərdi. Hətta indi də ödəyə bilər. Onun tərəfindən 6 ilə 7000 manat ödəniş edilməlidir. Hər il təxminən 1000 manat ödəniş etmişdir. Özünü təqsirli bilir, əvvəllər barəsində inzibati və ya cinayət işi olmamışdır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmiş və cərimə təyin ediləcəyi təqdirdə ödəyəcəyini bildirmişdir. Məhkəmə işə baxılması üçün nəzərdə tutulan müddəti, habelə işin faktiki hallarını nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır, ona görə məhkəmə hesab edir ki, onun həbs olunmasının başlanğıcı məhkəmə iclasının vaxtından hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 29 iyul 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar