Məhkəmə qərarları › İş №3(007)-3675/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3675/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3675/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, ev 14, mənzil 28 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 11515.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən ”PAŞABANK” ASC-də olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 11515.00 dolları dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC -nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ”PAŞABANK” ASC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 11515.00 ABŞ dolların 20% məbləğində, yəni 2303.00 ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22- 76 www.yasamalcourt.gov.az Elektron ünvan № 3 (004) –2877/ 2022 « 01 » iyul 2022-ci il Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan fiziki şəxs (hüquqi şəxs): "xxxx" MMC Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 4, AZ1138 Protokol tərtib etmiş səlahiyyətli orqan (vəzifəli şəxs): Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi Ünvan: Bakı ş., Nəsimi rayonu, R.Behbudov küç. 90 AZ 1014 İnzibati xəta haqqında iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004) – 2877/2022 saylı Qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar hər bir ünvana Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov İş № 3(004)-2877/2022 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU «01» iyul 2022-ci il Bakı şəhərində Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hakimi Səfərov Hüseyn Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Təhminə Xeybər qızının katibliyi ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair inzibati işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 14:30-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılaçaq işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, icraatda iştirak edən şəxslərə məhkəmə iclasnın yeri və vaxtı barədə lazımi qaydada xəbər verilmiş, lakin tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəblərinin üzürlü olması barədə məhkəmədə məlumat yoxdur. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara aldı: Tərəflərin iştirakı olmadan işin baxılması mümkün hesab edilsin. Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan etməklə, iş materiallarını tədqiq edir. Sədrlik edən işin tədqiqinin bitmiş olunduğunu bildirir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protest verilməsi, protokola tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 14:35 dəqiqədə bağlı elan olunur. Protokol xx.xx.2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclasının katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar