Məhkəmə qərarları › İş №3(007)-3722/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3722/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3722/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı, qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Mikayıl Əliyev küçəsi ilə özünə məxsus “SUZUKİ” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkan X9 İdarəsi YPX nspektoru tərəfindən saxlanılmış, normativ tələb pozulmaqla avadanlığın dəyişdirilməsinə görə barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin protokol əsasında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Məhkəmə iclasında çıxış edərək bildirdi ki, o ona məxsus nəqliyyat vasitəsinə heç bir müdaxilə etməmiş, nəqliyyat vasitəsinin öncəki mülkiyyətçisi tərəfindən nəqliyyat vasitəsinə məxsus sarı işıqlar ağ işıqlarla əvəz edilmişdir. Nəqliyyat vasitəsinin istehsalı artıq dayandığından xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadam işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2024-cü il tarixdə Mikayıl Əliyev küçəsi ilə özünə məxsus “SUZUKİ” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə” İXMin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı şikayətçi tərəfindən verilmiş izahata əsasən müəyyən edilmişdir ki, 2011-ci il buraxılışlı “SUZUKİ” minik markalı avtomobillərin duman əleyhinə işıqlarının zavod üsulu ilə istehsal olunmuş versiyasında sarı işıqlar nəzərdə tutulduğu halda, o nəqliyyat vasitəsinə ağ led işıqlar quraşdırmışdır ki, bu da özlüyündə normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan “Suzuki” markalı nəqliyyat vasitələrinin istehsalı dayandırılmamış, bu səbəbdən nəqliyyat vasitəsinə zavod istehsalı üsulu ilə sarı işıqların quraşdırılması mümkündür. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar