Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-378/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, qərardan şikayət vermiş X6, X6 müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş-Azərbaycan Respublikasının X1 nümayəndəsi X7 iştirakları ilə, X9 Azərbaycan Respublikasının X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikasının X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X13 Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verərək, xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarı ilə X9 şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarından görünür ki, X9 şikayəti əsasında inzibati iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yeni məhkəmə baxışına qaytarılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-378/2022 saylı qərarından görünür ki, X6 şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və araşdırılması üçün Azərbaycan Respublikasının X2 göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2215/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikasının X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və araşdırılması üçün Azərbaycan Respublikasının X2 göndərilməsi barədə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-378/2022 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, Əli Fərəcov məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X11 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, barəsində qərar qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokolun tərtib edilməsindən xəbərsiz olmuşdur, protokol tərtib edilərkən zəng edib onu çağıran olmamışdır. Qərarı isə vaxtında almamış, bu barədə məlumat alan kimi X1 Bakı regional bölməsinə gedərək müraciət etmiş, qərarı aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə şikayət vermiş, Səbail Rayon Məhkəməsi tərəfindən şikayəti aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Restoranda yoxlama zamanı onun sənədləri təqdim edildiyinə görə akt və protokol onun adına yazılmışdır. Şikayətinin təmin olunaraq qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 müdafiəçisi Vəkil xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında qərar barəsində şikayət verilmiş Azərbaycan Respublikasının X1 nümayəndəsi X12 izahatında göstərmişdir ki, 10 fevral 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Texas” restoranına Nazirlər Kabinetinin 237 saylı qərarının tələblərinə riayət edilməsinə nəzarət məqsədilə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, ictimai iaşə obyektinin qida qəbulu zalında müştərilər sosial məsafəni pozaraq qrup halında, yəni kiçik məkanda 50-60 nəfər məsafə saxlamadan rəqs edirlər. Bundan başqa, ictimai iaşə obyektində masalararası məsafənin 2 metr, eyni masa ətrafında 1 metr məsafənin gözlənilməsi barədə tələblərin pozularaq epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması faktı müəyyən edilmişdir. Eyni zamanda, istinad edilən 237 saylı qərarın 2.3-cü bəndinin tələbləri pozulmaqla ictimai iaşə obyektinin sıxlıq normalarını göstərən lövhə tərtib edilməmiş, bundan başqa müəssisədə operativ nəzarət üzrə məsul şəxs ayrılmamışdır. Bir nəfər şəxs yaxınlaşaraq obyekti işlədən şəxs olduğunu bildirmiş, müvafiq sənəd təqdim etmiş, o sənəd əssında da X11 barəsində 10 fevral 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmişdir. Eyni zamanda şikayətin təmin olunmamasını, mübahisələndirilən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən 10 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X1 nümayəndəsi X14 bildirdi ki, inzibati tənbeh vermə haqqında protokol tərtib olunarkən, restoran tərəfindən təqdim olunmuş sənədlərə əsasən X11 məsul şəxs kimi müəyyən edilmişdir. Məhkəmə şikayəti sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli və Azərbaycan Respublikasının X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, inzibati iş araşdırılması üçün X2 göndərilməlidir. Belə ki, inzibati orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən S.V.Rasulovun inzibati xəta törətdiyi qeyd olunsa da, sonuncu həmin qərarı mübahisələndirərək, inzibati xəta törətmədiyini və təqsirli olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin inzibati iş üzrə müəyyən etdiyi hüquqi mövqeyə görə, restoran sahibinin protokol tərtib edilən zaman kim olması, həmin obyektin iki hissəyə bölünərək işlədilməsinin nə ilə təsdiq edilməsi, faktiki icarə müqaviləsinin mövcud olub-olmaması, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin X9 adına uçota alınmasını təsdiq edən sənədin haradan əldə edilməsini, digər hissəsinin Əli Fərəcov tərərfindən işlədilib-işlədilməməsi, baş vermiş inzibati xətanın məhz hansı hissədə törədilməsi istiqamətində müvafiq araşdırma aparılmamış və Əli Fərəcovun izahatı alınmamışdır. Məhkəmə hesab edir ki, ünvan 2 ünvanda yerləşən “Texas” restoranında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin kimin tərəfindən pozulması və pozuntu aşkar edilmiş obyektin konkret olaraq hansı vəzifəli şəxsin istifadəsində olması X3 tərəfindən dəqiq müəyyən edilməmişdir. Belə ki, X3 tərəfindən X11 barəsində inzibati xətaya dair protokol tərtib olunarkən, məhz hansı sənədə istinad olunması bəlli deyildir, eyni zamanda Qida Təhlükəsizliyi tərəfindən bu barədə heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin iş materiallarına əlavə edilmiş, "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş xx.xx.2022-ci il tarixli əsasən “Texas” restoranı xx.xx.2021-ci il tarixdə X5 yeganə varisi X8 tərəfindən "xxxx"-a barışıq sazişinə əsasən təhvil verilmişdir. Beləliklə, inzibati xətaya dair protokol tərtib olunan zaman, yəni xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən qeyri yaşayış binasında fəaliyyət göstərən “Texas” restoranı X10 mənsub olmamışdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X9 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş araşdırılması üçün Azərbaycan Respublikasının X2 göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X9 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının X3 tərəfindən X9 barəsində qəbul edilmiş xx.xx.2021ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş araşdırılması üçün Azərbaycan Respublikasının X2 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-378/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-378/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver