Məhkəmə qərarları › İş №3(007)-3786/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3786/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3786/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi ev 8, mənzil 27-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 22 mart 2024-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, “Mercedes Benz minik” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Lakin qayda pozuntusu qeydə alınmış kimi təqdim olunan fotoşəkil ona məxsus avtomobilə aid deyil, fotoşəkildən görünür ki, o, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə aiddir. Hesab edir ki, qeyd etdikləri araşdırılmalıdır. İşdə olan sənədlərdən görünür ki, 22 mart 2024-cü il tarixdə saat 00:53:12-də “Opel Astra minik” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz minik” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Kənar dairəvi yol. 7.2-ci km Bakı ist. idarə edilərkən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 22 mart 2024-cü il tarixli, EQ seriyalı, 20083068 nömrəli qərarla Şəxs barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hansı ki, inzibati xəta törətmiş nəqliyyat vasitəsi kimi qeydə alınmış “Mercedes Benz minik” markalı avtomobilin dövlət qeydiyyat nişanının “**-XR-***” olmasına əsaslı şübhələr vardır, avtomobilin dövlət qeydiyyat nişanının “**-XP-***” olması ehtimal olunur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, inzibati xəta törətməsi ehtimal olunan Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan belə sübutetmə vəzifəsi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında məhkəmə iclasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalı, yuxarıda qeyd olunanlar araşdırıldıqdan sonra, buna müvafiq hüquqi əsaslar olduqda, material mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 19 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar