Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3790/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: 04 iyul 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 15 mart 2023-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, 15 mart 2023-cü il tarixli, EQ seriyalı, 13520230 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin məhkəmənin 3(001)-1305/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə onun şikayəti təmin edilmiş, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13520230 saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilmiş və iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmışdır. Hal hazırda Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı qüvvədədir. Buna görə də, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı protokol qanunsuz hesab edilməklə ləğv edilməlidir. Qeyd olunanları nəzərə alıb barəsində tərtib olunmuş protokol üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 15 mart 2023-cü il tarixli, EQ seriyalı, 13520230 nömrəli qərardan görünür ki, Şəxs 15 mart 2023-cü il tarixdə “KİA RİO” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 20 manat məbləğində cərimə edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1305/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13520230 saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilmiş və iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs inzibati qaydada tənbeh olunmasına əsas olmuş inzibati tənbeh vermə barədə qərar ləğv edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan işin əsasını təşkil edən Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə barədə qərar mövcud olmadığına və təqdim olunmuş sübutlar əsasında onun təqsirliliyini sübuta yetirmək mümkün olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2.-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3790/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3790/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver