Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3866/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 07 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 07 iyul 2023-cü il tarixdə Nizami rayonu, B.Nuriyev küçəsi, ev 40 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “OBA” marketdə keçirilən yanğın-texniki müayinəsi zamanı YTQ 03-2002 bənd 3.1-3.16.8, YTQ 01-2001 bənd 10.1.10.4, 5.1-5.6 tələblərinin pozulduğu müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsi tərəfındən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası FHN DYNX-nin 3-cü ərazi DYNİ-nə qaytarılması barədə qərardad qəbul edilməsini və ya inzibati xəta haqqında protokolu əsassız hesab etməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinii xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassız tərtib olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olur ki, yanğın-texniki müayinənin aparılması haqqında 4343 nömrəli qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, yanğın-texniki müayinə aktı xx.xx.2023-cü il tarixdə, yoxlama suallarının siyahısı isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli yanğın-texniki müayinə aktına nəzər yetirdikdə məlum olur ki, müayinə xx.xx.2023-cü il tarixdə başlayıb və həmin tarixdə də başa çatmışdır. Şəxs MMCnin yoxlama keçirilən Nizami rayonu, B.Nuriyev küçəsi 40 ünvanında yerləşən mağazasının video kamerasına düşən qeydlərdən isə məlum olur ki, FHN DYNX-nin 3-cü ərazi DYNİ-nin inspektoru xx.xx.2023-cü il tarixdə marketdə olmuş və inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə mağazadan kənarda tərtib edilmişdir. Belə olan halda aparılan yoxlamanın obyektivliyinə əsaslı şübhələr yaranır. Belə ki, xx.xx.2023-cü il tarixdə Nizami rayonu ərazisində yerləşən başqa bir mağazada yanğın hadisəsi baş verdiyindən yoxlama olan marketin administratoru X3 işlədiyi mağazada olmadığı üçün inspektorun suallarına cavab vermək, yoxlama barədə şirkətin SƏTƏM əməkdaşlarını məlumatlandırmaq və müvafiq sənədləri inspektora təqdim etmək imkanına malik olmamışdır. Ramin Fətəliyev xx.xx.2023-cü il tarixdə mağazaya işə gəldikdə isə FHN DYNX-nin 3-cü ərazi DYNİ-nin müayinəsi yekunlaşmışdır və bu səbəbdən hazırki etiraza əlavə edilən sənədlər inspektora təqdim edilməmişdir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və ya nümayəndəsinə hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmiş, hüquqları və vəzifələri izah edilməmişdir. İnzibati xəta haqqında iş üzrə materiallardan görünür ki, Şəxs MMC-nin nümayəndəsinin inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmiş, protokolu imzalamaqdan imtina edibsə bununla bağlı protokolda qeyd aparılmamış, nümayəndə və ya qanuni təmsilçinin çağırılması və ya rəsmi qaydada məlumatlandırılmasına dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Bununla da ümumiyyətlə nümayəndə müəyyən edilməmişdir. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxılmalı olsa da, protokol tərtib etmiş səlahiyyətli orqan ona protokol tərtib edilməzdən əvvəl bildiriş göndərilməsi, protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir. Protokol hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə tərtib edilməli olduğu halda yoxlama həyata keçirilən ünvanda və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş və yalnız DYNİ-nin inspektoru tərəfindən imzalanmışdır. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin iş materiallarına əlavə edilən videogörüntüdən aydın şəkildə görünür ki, DYNİ-nin inspektoru Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasında xx.xx.2023-cü il tarixdə müayinə keçirmiş, inzibati xəta haqqında protokol isə xx.xx.2023-cü il tarixdə Şəxs MMCnin iştirakı olmadan mağazadan kənarda tərtib edilmiş və yalnız onu tərtib edən inspektor tərəfindən imzalanmışdır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin iş materiallarında olan sənədlər arasında inzibati xəta haqqında protokolun surətinin Şəxs MMC-yə göndərilməsi və ya hüquqi şəxsin nümayəndəsinə verilməsi ilə bağlı heç bir sənəd mövcud deyil, inzibati xəta haqqında protokolda isə protokolun təhvil alınması haqqında qeyd aparılmamış və nümayəndə tərəfindən imzalanmamışdır. Hazırki etiraza əlavə edilən RPA********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixədək sığortalanmışdır.Həmçinin etiraza əlavə edilmiş 134 nömrəli, xx.xx.2022-ci il tarixli “Kabellərin və naqillərin izolyasiyasının ölçülməsi” protokoluna əsasən Nizami rayonu, B.Nuriyev küçəsi 40 ünvanında yerləşən mağazada quraşdırılmış elektrik qurğu və avadanlıqlar standartlara tam cavab verir. Eyni zamanda iş materiallarına əlavə olunan və "xxxx" MMC tərəfindən tərtib edilmiş “X1 Sisteminin təhvil-təslim” aktına əsasən yanğın əlehinə avtomatik xəbərvermə sistemi işlək vəziyyətdə təhvil verilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə “Fire Company” şirkəti tərəfindən tərtib edilən 230624 nömrəli Qaiməyə əsasən Xalqlar 1 mağazasına 6 kq həcmli yanğınsöndürmə balonları təhvil verilmişdir. Yuxarıda qeyd edilən sənədlərə nəzər yetirdikdə məlum olur ki, ünvan 1 ünvanında yerləşən mağazada yanğın təhlükəsizliyi avadanlıqları mövcüddur və tələblərə uyğundur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi X4 təqdim olunmuş etiraz ərizəsinə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş X5 Xidməti 3-cü ərazi X5 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin 05 iyul 2023-cü il tarixli 4343 nömrəli qərarından və yoxlama suallarının siyahısından görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək - Azərbaycan Respublikası ərazisində fəaliyyət növündən asılı olmayaraq bütün sahibkarlıq subyektlərinin icbari sığortaya cəlb edilməsi (“Yanğın təhülkəsizliyi haqqında” AR-nın Qanununun 23-cü maddəsi. Sual 142); Elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 6.1-6.10. Sual 253); Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 4.1-4.17.Sual 251); Təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti, köçürmə yollarına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 5.1-5.6.Sual 252); Yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tədbirləri (YTQ №01-2001 bənd 10.1-10.4.Sual 257); Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda yanğın avtomatikası qurğularının istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.1- 3.16.18. Sual 261) - planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin əməkdaşı R.Y.Əkbərov tərəfindən 07 iyul 2023-cü il tarixdə tərtib edilmiş 4343 nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə 07 iyul 2023-cü il tarixdə keçirilən müayinə zamanı aşağıda qeyd olunan qanun pozuntuları aşkar edilmişdir: Obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu sazlığı barədə akt tərtib edilməyib (YTQ № 03-2002, bənd 3.1, 3.16.18); Obyekt odsöndürən balonlar norma və qaydaların tələblərinə uyğun tam təmin edilməyib (YTQ 01- 2001, bənd 10.1-10.4); Obyektin yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi (təxliyyə) planı tərtib edilməyib (YTQ № 01-2001, bənd 5.1-5.6). Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iclasında X5 Xidməti 3-cü ərazi X5 İdarəsi tərəfindən 07 iyul 2023-cü il tarixdə Nizami rayonu, B.Nuriyev küçəsi, ev 40 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “OBA” marketdə yanğın-texniki müayinəsinin keçirilməsi və həmin obyekdə YTQnın “Obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu sazlığı barədə akt tərtib edilməyib (YTQ № 03-2002, bənd 3.1, 3.16.18); Obyektdə odsöndürən balonlar norma və qaydaların tələblərinə uyğun tam təmin edilməyib (YTQ 01-2001, bənd 10.1-10.4); Obyektin yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi (təxliyyə) planı tərtib edilməyib (YTQ № 01-2001, bənd 5.1-5.6)” tələblərinin pozulması sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3866/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3866/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver