Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3883/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Şəxs barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati materialı nəzərdən keçirdim. Protokolun əsaslandırıldığı hallar:
1. 20 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən, Şəxs 20 avqust 2025-ci il tarixdə saat 16:00 radələrində Nizami rayonu, Özbəkistan küçəsində saxlanılaraq avtomobili mühafizə olunan duracağa yerləşdirməsi bildirilərək patrul avtomobilinin arxası ilə duracağa yerləşdirilməsi xahiş edilmişdir. Sürücü avtomobili duracağın qarşısında saxladı və anidən geriyə hərəkət edərək dayandı və avtomobildən enərək avtomobilin alın şüşəsinə zərbələr endirdi və yarasız vəziyyətə salaraq yerindən qoparıb zibil qutusuna atdı və nəqliyyat vasitəsinin heç yerə getməyəcəyini və avtomobili yandıracağını, duracağa yerləşdirməyəcəyini bildirdi. Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur.
Hakimin mövqeyi:
3. Hesab edirəm ki, Şəxs barəsində tərtib olunmuş 20 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və digər sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokola formal sənədlər əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli tutma protokolunda saat 17:00-dan xx.xx.2025-ci il 17:15-dək tərtib olunduğu qeyd edilmişdir.
5. “AZEMİS”dən çıxarışdan görünür ki, inzibati xəta haqqında material xx.xx.2025-ci il, saat 11:07-də məhkəmənin dəftərxanasında qeydə alınmışdır, 11:09-da hakim təyin edilmiş və 11:18-də hakim tərəfindən təhvil alınmışdır. Göründüyü kimi tutma protokolu inzibati xəta haqqında material məhkəmədə olan zaman “gələcək tarixə-xx.xx.2025-ci il tarixədək 17:15-dək” tərtib edilmiş kimi qeyd olunmuşdur.
6. Beləliklə, Bakı Şəhəri Nizami RPİ-nin, 23-cü PB-nin sahə rəisi Şaiq Kərimov tərəfindən tərtib olunmuş tutma protokolu formal tərtib olunaraq inzibati xəta materiallarına əlavə olunmuşdur.
7. İnzibati xəta materialına əlavə olunmuş tutma protokolundan Şəxs nə vaxt tutulmasını müəyyən etmək mümkün olmur. Hazırkı icraatda işə təxirəsalınmadan baxılmalı olduğundan, aşkar olunmuş pozuntuların məhkəmədə araşdırılaraq aradan qaldırılması mümkün deyildir və bunlar işə mahiyyəti üzrə baxılmağa başlananadək, işin baxılmağa hazırlanması mərhələsində həll edilməlidir. Hansı ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir.
8. Beləliklə, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş 20 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə geri qaytarılmalıdır.
Nəticə:
9. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır.
10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə
Qərara aldım:
İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş 20 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Ülkər Yusifova