Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3888/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayonu, A.Məmmədov küçəsi ev 73, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 03 iyul 2024-cü il tarixdə saat 01:00 radələrində idarə etdiyi “Volkswagen Jetta minik” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev pospektində “Koroğlu” metrostansiyası istiqamətində 2-ci zolaqla 60 km/saat sürətlə hərəkət edərkən yol hərəkəti qaydalarını pozub, Zərərçəkmiş şəxs onun hərəkəti istiqamətində yolun sağ kənarında dayanmış vəziyyətdə saxladığı “Chevrolet Lacetti minik” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 03 iyul 2024-cü il tarixdə saat təxminən 01 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Volkswagen Jetta” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektində üzü “Koroğlu” metrostansiyası istiqamətində təxminən 50 km/saat surətlə hərəkətdə olmuşdur. Yolun orta, yəni 2-ci zolağı ilə hərəkət etdiyi vaxt hərəkət qutusuna qoyduğu telefon əyləşdiyi sürücü üçün nəzərdə tutulan oturacağın altına düşmüşdür. O, əyilib telefonu götürmək istədiyi anda birdən-birə avtomobilin ön sağ hissəsi ilə qarşısında dayanmış vəziyyətdə olan avtomobilin arxa sol hissəsinə dəyərək onunla toqquşmuşdur. Zərərçəkmişə dəyən ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı elan olunaraq tədqiq edilmişdir. Belə ki, o, həmin izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində o, idarə etdiyi “Chevrolet Lacetti” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektindən üzü “Koroğlu” metrostansiyası istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkət etdiyi vaxt avtomobilin yanacağl bitdiyi üçün yolun sağ kənarında təhlükə işıqlarını yandırmaqla avtomobilini saxlamışdır. Bu vaxt avtomobilin arxa sol hissəsinə digər avtomobilin ön sağ hissəsi dəyərək toqquşmuşdur. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri almış və X1 aparılmışdır. Zərərçəkmiş şəxs Bakı şəhəri 54 saylı notariat ofisində 09 iyul 2024-cü il tarixdə təsdiqlənmiş əizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:00-da baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar ona dəymiş zərər Şəxs tərəfindən tam olaraq ödənilmişdir. Bu hadisə ilə bağlı onun Şəxs qarşı heç bir iddia, tələb və şikayəti yoxdur. Gələcəkdə də olmayacaqdır. İşdə olan canlı şəxsin ekspertizasına dair 05 iyul 2024-cü il tarixli 654 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyyəsinin cırılmış yarası olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, HK-1/397 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3888/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3888/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver