Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3892/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Əfəndiyev Azər İlham oğlunun katibliyi, İsmayıllı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi “Yasa” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluğu İsmayıllı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının prokurorluğu İsmayıllı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi, MMC-nin tərkibində olan, İsmayıllı rayonunun İstisu kəndində yerləşən "Green House" istirahət mərkəzində direktor vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 həmin MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan MMC-nin tərkibində olan "Green House" istirahət mərkəzində Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ofisiant işlərinin, Zərərçəkmiş şəxs2 2024-cü ilin may ayından hazırkı vaxta kimi olan müddət ərzində gözətçi işlərinin, X9 2021-ci ildən hazırkı vaxta kimi olan müddət ərzində bağban işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Bu barədə İsmayıllı rayon prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən Şəxs MMCnin barəsində xx.xx.2025-ci il tarixli, 25-1-2-2-426-0005-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Şəxs MMC-nin nümayəndəsi “Yasa” Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə etiraz ərizəsi göndərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Prokurorluğu Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edərək, toplanmış materialları baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Şəxs MMC-nin vəzifəli şəxsi, MMC-nin tərkibində olan, İsmayıllı rayonunun İstisu kəndində yerləşən “Green House” istirahət mərkəzində direktor vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 həmin MMCnin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan MMC-nin tərkibində olan “Green House” istirahət mərkəzində Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ofisiant işlərinin, Zərərçəkmiş şəxs2 2024-cü ilin may ayından hazırki vaxta kimi olan müddət ərzində gözətçi işlərinin, X9 2021-ci ildən hazırki vaxta kimi olan müddət ərzində bağban işlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş (Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) inzibati xətaya görə Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, İsmayıllı rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” qərarında qeyd olunmuşdur ki, X1 Sistemindən (EPİS) əldə olunmuş məlumata əsasən Zərərçəkmiş şəxs1 Şəxs MMC-nin direktoru vəzifəsində işləməsinə dair bağlanmış əmək müqaviləsinin mövcud olduğu aşkar edilmişdir. İlk əvvəl onu qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs1 heç vaxt Şəxs MMC-nin direktoru olmamışdır. Həmin şəxs xx.xx.2021-ci il tarixdən bu günədək Şəxs MMC-də əmək müqaviləsi əsasında “otel müdiri” vəzifəsində işləyir və onun vəzifəsi sadəcə istirahət mərkəzində işlərə nəzarət etməkdən ibarətdir. İsmayıllı rayonunun İstisu kəndində yerləşən “Green House” istirahət mərkəzinin də tərkibində olduğu Şəxs MMC-nin həmtəsisçisi və direktoru isə X4r. İman Quliyev işçilərin işə qəbul edilməsi və onlarla əmək müqaviləsinin bağlanması da daxil olmaqla hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan yeganə vəzifəli şəxsdir. xx.xx.2025-ci il tarixdə “Green House” istirahət mərkəzinin İsmayıllı rayonu İstisu kəndində yerləşdiyi ünvana poçt vasitəsilə İsmayıllı rayon prokurorluğunun xx.xx.2025- ci il tarixli lOii-25 nömrəli müşayət məktubu ilə həmin prokurorluğun Zərərçəkmiş şəxs1 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2025-ci il tarixli qərarı və hüquq və vəzifələrə dair bildiriş daxil olmuşdur. Daha sonra, xx.xx.2025-ci il tarixdə eyni ünvana Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsindən Zərərçəkmiş şəxs1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 12:00-da regional şöbəyə çağırılması barədə xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-73893/2025 nömrəli bildirişi daxil olmuşdur. İsmayıllı rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarının təsviri-əsaslandıncı hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X8 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs1 tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kifayət qədər (alınmış izahatlarla) sübuta yetirilmiş və Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirir ki, Zərərçəkmiş şəxs1 tərəfindən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X11 adında şəxslərin işə qəbul edilməsi və ya hər hansı formada müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə "xxxx" MMC-nin rəhbərliyinə heç bir məlumat verilməmişdir. Bununla bağlı həmin şəxsin izahatı alınmış və xx.xx.2025-ci il tarixli əmrlə ona “Töhmət” verilmişdir. Lakin sonradan onlara məlum olmayan səbəblərdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X8 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməklərinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vəzifəli şəxs kimi X3 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş, bundan başqa, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə İsmayıllı rayon prokuroluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 25-1-2-2-426-005-1 nömrəli qərar və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğvi ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə şikayət verilmiş və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 3(037)-301/2025 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək, X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilərək, iş baxılması üçün yenidən həmin quruma göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(037)-301/2025 nömrəli qərarından verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-311/2025 nömrəli qərarı ilə təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(037)-301/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəxs MMC-nin direktoru olan, hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan X6 tərəfindən heç bir inzibati xəta törədilmədiyindən, törədilmiş inzibati xətada onun təqsiri müəyyən edilmədiyindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi “Yasa” Vəkil Bürosunun vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İsmayıllı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X7 bildirmişdir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan MMC-nin tərkibində olan "Green House" istirahət mərkəzində Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ofisiant işlərinin, Zərərçəkmiş şəxs2 2024-cü ilin may ayından hazırkı vaxta kimi olan müddət ərzində gözətçi işlərinin, X9 2021-ci ildən hazırkı vaxta kimi olan müddət ərzində bağban işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. İsmayıllı Rayon Məhkəməsinin qərarına əsasən X3, yaxud Zərərçəkmiş şəxs1 əməlində inzibati xəta tərkibinin olub-olmaması məsələsinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilən 29 avqust 2025-i il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. X15 Məhkəməsinin yekun qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə gec daxil olduğundan və ardıcıl olaraq 4 gün qeyri-iş günü olduğundan Zərərçəkmiş şəxs1 barəsində yekun qərarın qəbul edilməsi mümkün olmamışdır. Hazırda həmin qərar X10 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin icraatına daxil olsa da Zərərçəkmiş şəxs1 üzrlü səbəbdən gəlib izahat verə bilməyəcəyini və növbəti həftə gələcəyini bildirmişdir. Hazırda yekun bir qərar və inzibati xəta haqqında protokol mövcud deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İsmayıllı rayon prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən Şəxs MMC-nin barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 25-1-2-2-426-0005-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, NYU SFERA-TURİZM" MMC-nin vəzifəli şəxsi, MMC-nin tərkibində olan, İsmayıllı rayonunun İstisu kəndində yerləşən "Green House" istirahət mərkəzində direktor vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 həmin MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan MMC-nin tərkibində olan "Green House" istirahət mərkəzində Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ofisiant işlərinin, Zərərçəkmiş şəxs2 2024-cü ilin may ayından hazırkı vaxta kimi olan müddət ərzində gözətçi işlərinin, X9 2021-ci ildən hazırkı vaxta kimi olan müddət ərzində bağban işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs3 oğlu ilə ofisiant, Zərərçəkmiş şəxs2 ilə gözətçi, X11 ilə bağban kimi qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikasının prokurorluğu İsmayıllı rayon prokurorluğu Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Haciyeva
Məhkəmə qərarları › İş №3(007)-3892/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3892/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver