Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3896/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493 və 499.1.5-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 09 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/000908 saylı xx.xx.2024-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMCnin adına (VÖEN **********) xx.xx.2021-ci il tarixində dəmiryolu nəqliyyat vasitəsi ilə 94734266 (**********02387), 94308921 (**********02388), 94206810 (**********02389) 3 ədəd mal qismində konteynerlər Abşeron gömrük postuna gətirilmiş və bu mallara heç bir gömrük bəyannaməsi tərtib olunmamışdır. xx.xx.2023-cü il tarixində 3-33-1100/1- 035869/2023 nömrəli müraciət məktubu əsasında həmin sözü gedən bu konteynerləri Şəxs MMC şirkəti tərəfindən satıcı şirkətə geriyə təkrar ixrac edilməsi üçün müraciət etmişdir. Həmçinin, is materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, "xxxx" MMC-nin adına (VÖEN **********) xx.xx.2021-ci il tarixində dəmiryolu nəqliyyat vasitəsi ilə idxal olunan 94734266 (**********02387), 94308921 (**********02388), 94206810 (**********02389) 3 ədəd mal qismində konteynerlər Türkiyə Respublikasında qeydiyyatda olan “X4 İnşaat Taahhüt Ticarət ve San. LTD” şirkətinə məxsusdur. Türkiyə Respublikasında qeydiyyatda olan “X4 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti tərəfindən Bakı Bas Gömrük İdarəsinə göndərilmiş məktubda qeyd edilir ki, “X4 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi imzalanmışdır, bundan sonra müştərinin sifarişi əsasında tərəflərindən 3 ədəd konteyner 3 faktura ilə birlikdə (ECE**********035, ECE**********36, ECE**********034) Azərbaycan Respublikasına ixrac edilmişdir, tərəflər arasında meydana gələn maliyyə və inzibati problemlərə görə "xxxx" MMC tərəflərindən göndərilən malların keyfiyyətini bəyənməmiş və heç bir ödəniş etməmişdir, xahiş edirik ki, bu məsələ ilə bağlı hüquqi prosedurların davam etməsi və şirkətə aid konteynerlərin geri qaytarılması barəsində lazımi köməkliyi göstərəsiniz. Türkiyə Respublikasında qeydiyyatda olan “X5 inşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti tərəfindən Bakı Bas Gömrük İdarəsinə göndərilmiş məktubda qeyd edilir ki, “X4 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti ilə Şəxs MMC arasında 001 ECE-STL 16112023 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır, bundan sonra müştərinin sifarişi əsasında tərəflərindən 3 ədəd konteyner 3 faktura ilə birlikdə (ECE**********021, ECE**********22, ECE**********023) Azərbaycan Respublikasına ixrac edilmişdir, lakin həmin yüklər səhvən "xxxx" MMC-nin adına göndərilmişdir. Şəxs MMC-dən Bakı Bas Gömrük İdarəsinə göndərilmiş ərizədə şirkətin planlaşdırılmamış xərcləri yarandığından həmin yükləri sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda altında rəsmiləşdirə bilmədikləri, həmin malların təkrar ixrac gömrük proseduru altında rəsmiləsdirilməsinə köməklik göstərilməsi bildirilmişdir. Belə ki, Türkiyə Respublikasında qeydiyyatda olan “X6 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti tərəfindən Bakı Bas Gömrük İdarəsinə göndərilmiş məktub Şəxs MMC-nin konteynerlər barəsində müvafiq prosedurun aparılmasını istisna edir, yəni yuxarıda qeyd edilən konteynerlər Şəxs MMC tərəfindən idxal gömrük proseduru altında rəsmiləşdirilə bilməz. “Konteynerlərə aid Gömrük Konvensiyası”na Azərbaycan Respublikasının qoşulması barədə Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 1-ci və 2-ci bəndinə əsasən razılaşmış tərəf həm yüklənmiş, həm də bos konteynerlərin müvəqqəti idxalına icazə verir, razılaşmış hər bir tərəf alış, icarə, icarə-alış və ya onun ərazisində daimi yaşayan və yaşayış yeri olan şəxs tərəfindən imzalanmış eyni xüsusiyyətli kontraktın mövzusu olmuş konteynerlərin müvəqqəti idxalına icazə verməmək hüququnu özündə saxlayır. Həmçinin, 4-cü maddəsinin 1-ci bəndinə əsasən müvəqqəti idxal proseduruna uyğun olaraq idxal olunmuş konteynerlər müvəqqəti idxal günündən üç ay ərzində ixrac olunmalıdır, lakin bu müddət səlahiyyətli gömrük orqanları vasitəsi ilə uzadıla bilər. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ümumi dəyəri milli valyutaya nisbətdə 255000 manat təşkil edən 150000 ABŞ dolları dəyərində olan "xxxx" MMC-nin adına (VÖEN **********) xx.xx.2021-ci il tarixində dəmiryolu nəqliyyat vasitəsi ilə idxal olunan, 001 ECE- STL 16112023 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Şəxs MMCnin adına idxal olunmalı olan 94734266 (**********02387), 94308921 (**********02388), 94206810 (**********02389) 3 ədəd mal qismində konteynerlər xx.xx.2021-ci il tarixdə Abşeron gömrük postuna gətirilmiş və bu mallar bugünədək ixrac olunmamış və müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət olunmamışdır. Nəticədə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci və 493-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayədəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan mal Şəxs MMC tərəfindən gətirilməmişdir, onların "xxxx" MMC ilə, həmçinin “X6 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti ilə əlaqələri yoxdur. "xxxx" MMC malı qəbuldan imtina etdikdən sonra “X6 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti təklif etmişdir ki, malı onlara satsınlar. Bu malı Azərbaycan Respublikasına “X6 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti "xxxx" MMC-nin sifarişi əsasında gətirmişdir. Bundan sonra isə imtina edilmişdir. İnzibati xəta haqqında protokolu yazan bir ay sonra ona zəng vurub demişdir ki, gəlib onlarla söhbət etsin, amma mallarla əlaqəsi olmadığından təklifi qəbul etməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında protokola dair material üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından, onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, törədilməsi ehtimal olunan inzibati xətaya görə daha əvvəl Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493 və 499.1.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 3(004)-2579/2024 nömrəli qərardadı ilə həmin protokola dair material natamam olduğundan Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmışdır. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, “...protokol səhvən oxşar adlı başqa MMC barəsində tərtib edilməklə natamam şəkildə məhkəməyə verilmişdir. Mövcud inzibati xəta törədən "xxxx" MMC olmasına baxmayaraq, protokol səhvən "xxxx" MMC barəsində tərtib olunmuşdur. Bu səbəbdən həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir...”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur; 499.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması, yəni bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 3(004)- 2579/2024 nömrəli qərardadı ilə materialın natamamlıq səbəbindən Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmasından sonra, “94734266 (**********02387), 94308921 (**********02388), 94206810 (**********02389) 3 ədəd mal qismində konteynerlərin 27 dekabr 2021-ci il tarixdə Abşeron gömrük postuna gətirilməsindən sonra malların protokolun 09 avqust 2024-cü il tarixinədək ixrac olunmamasından və müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət olunmaması”ndan ibarət inzibati xətanın məhz Şəxs MMC tərəfindən törədilməsi, MMC-nin bu inzibat xətaların törədilməsində təqsirli olması ilə bağlı sübutlar toplanılmamış, hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə tədqiq olunmamış, məhkəməyə də belə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Bununla da, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib olunanadək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması, inzibati xəta törətmiş şəxsin düzgün müəyyən edilməsi, buna dair sübutların toplanması, inzibati xətanın törədilməsində onun təqsirinin müəyyən edilməsi, nəticə etibarı ilə protokolun düzgün tərtib olunmaması, təqdim edilmiş materialların natamam olması, sübutların kifayət etməməsi ilə bağlı qənaətə gəlməyə kifayət qədər əsas verir. Hansı ki, bu kimi pozuntuların məhkəmədə araşdırılaraq aradan qaldırılması mümkünsüzdür, məhkəmənin işə baxarkən aşkar etdiyi pozuntular, tədqiq olunmalı olan sübutlar məhz inzibati araşdırma orqanı tərəfindən yoxlanılmalı, yalnız bundan sonra İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətmiş şəxs və s. bu kimi hallar müəyyən edilməli, daha sonra isə bu qeyd edilənlərin məcmusu baxımından inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsasların olub-olmaması məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 118.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir: qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri; ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat; ərizənin, vəsatətin məzmunu; ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar; ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin qərardadın mahiyyətini əks etdirən ümumi normaları ilə yanaşı, konkret hallarda qərardadın qəbul olunması qaydaları həmin Məcəllənin ayrı-ayrı xüsusi normalarında nəzərdə tutulmuşdur. Məsələn, inzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda, vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə; özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə; icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (İnzibati Xətalar Məcəlləsinin 50.2, 52, 74.3, 82.1, 83.3 və 87.3-cü maddələri). Yuxarıda qeyd edilən normalarda müəyyən olunduğu kimi, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, yuxarıda qeyd olunan nöqsanların bir daha araşdırılaraq aradan qaldırılması, sübutların əldə edilməsi imkanı itirilməmişdir, ona görə mövcud vəziyyətdə işin icraatına xitam verilməsi üçün hüquqi əsaslar yoxdur, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493 və 499.1.5-ci maddələri ilə tərtib olunmuş 09 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3896/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3896/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver