Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-39/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş "xxxx" MMC-nin direktoru Muradov Mammadın (X1) və vəkili-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, "xxxx" MMC-nin direktoru Muradov Mammadın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 13 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Muradov Mammad Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 13 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin rəisi X5 13.12.2021-ci il tarixli, MN № ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru kimi barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 3000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Baxmayaraq ki, X6 26.11.2021-ci il tarixdə ərizə ilə X8 Xidməti Bakı şəhər İdarəsinə müraciət edərək "xxxx" MMC-yə qarşı etdiyi şikayətinin araşdırılmadan dayandırılmasını xahiş etmişdir. X8 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh haqqında 13.12.2021-ci il tarixli, MN № ******* nömrəli qərarı rəsmi olaraq 18.12.2021-ci il tarixdə təqdim edilmişdir. Hesab edir ki, həmin qərar əsasız olduğundan ləğv edilməli və inzibati işə xitam verilməlidir. Belə ki, X6 ilə "xxxx" MMC arasında 14 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi qüvvəyə mindikdən sonra o, öz vəzifəsini icra etməyə başlamışdır. X6 əmək müqaviləsi bağlamaq üçün 14 sentyabr 2021-ci il tarixdə şəxsiyyət vəsiqəsini təqdim etmiş və əmək müqaviləsi bağlamaq arzusunu bildirmişdir. Hər hansı qanun pozuntusuna yol verilməmişdir. O, hər hansı inzibati xəta törətməmişdir, barəsində tətbiq edilən cərimə tənbeh növü tam əsasızdır və hesab edir ki, inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar etibarsız hesab edilməli və işə xitam verilməlidir. Barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın töfədilməsinə görə 3000 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qəbul edilmiş 13.12.2021-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Muradov Mammad (X4) şikayətinin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Muradov Mammadın (X1) vəkili X7 təmsil etdiyi şəxsin dəlillərini müdafiə edib, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 13 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, X6 28 iyul 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə MMC-nin direktoru Muradov Mammad Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində 3000 manat məbləğində inzibati cərimə edilmişdir; -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 "xxxx" MMC tərəfindən 14 sentyabr 2021-ci il tarixli əmək müqaviləsi üzrə qeydiyyatçı kimi işə cəlb edilməsi 14 sentyabr 2021-ci il tarixdə elektron sistemdə qeydə alınmışdır; -X3 X8 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı 26 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, "xxxx" MMC-dən etdiyi şikayətinin araşdırılmadan dayandırılmasını xahiş etmişdir. Ərizə 01 dekabr 2021-ci il tarixdə həmin idarəyə daxil olmuşdur; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-21/2022 nömrəli 13 yanvar 2022ci il tarixli qərarından görünür ki, 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 3(007)-21/2022 nömrəli qərarı ilə müəyyən olunmuş faktiki hallara diqqət çəkərək, qeyd edir ki, həmin işin məhkəmədə baxılmasına əsas olan hal, "xxxx" MMC tərəfindən X6 28 iyul 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bu faktın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı öz təsdiqini tapması olmuşdur. Məhkəmə həmin işə baxarkən müəyyən etmişdir ki, "xxxx" MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilmişdir, inzibati xətalar qanunvericiliyinin tələbləri "xxxx" MMC tərəfindən pozulmuşdur. Ona görə məhkəmə belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur, ona görə MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin işin faktiki halları, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 3(007)-21/2022 nömrəli qərarı və yuxarıda istinad edilən digər sənədlərlə müəyyən olunur ki, X3 28 iyul 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin barəsində hüquqi şəxs qismində 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmiş, eyni zamanda həmin MMC-nin təsisçisi və direktoru Muradov Mammadın barəsində də vəzifəli şəxs qismində eyni tarixdə, yəni 07 dekabr 2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqanın vəzifəli şəxsinə təqdim edilmişdir. Bununla da, müəyyən olunur ki, bir inzibati xətaya görə həm hüquqi şəxs qismində "xxxx" MMC, həm də vəzifəli şəxs qismində həmin MMC-nin təmsilçisi və direktoru Muradov Mammad inzibati məsuliyyətə cəlb olunmuşlar. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X3 28 iyul 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən həmin MMC-nin barəsində hüquqi şəxs qismində 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsi, həmin protokol əsasında işə məhkəmədə baxılaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 3(007)-21/2022 nömrəli qərarı ilə hüquqi şəxs qismində "xxxx" MMC-nin təqsiri müəyyən edildiyindən, MMC-nin rəhbəri olaraq vəzifəli şəxs qismində Muradov Mammadın barəsində eyni xətaya görə inzibati xəta haqqında protokol tərtib olunaraq məsuliyyətə cəlb edilməsi əsassız olmuşdur, ona görə inzibati xəta hadisəsinin olmaması əsası ilə Muradov Mammadın barəsindəki 13 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin "xxxx" MMC-nin təsisçisi və direktoru Muradov Mammadın (X1) Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə edilməsinə dair 13 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-39/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-39/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver