Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3903/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 14 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 08 iyul 2025-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi “BYD QİN X1-in Hibrid minik” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi ilə hərəkət edib, “Nazlı” şadlıq sarayının yanından uzanan yolla hərəkətini davam edərək C.Naxçıvanski küçəsinə çıxıb həmin sürətlə sola dönərək Q.Qarayev prospekti istiqamətindən Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi ilə hərəkətini davam edərkən yolu sağdan sola, piyada zolağı ilə adi addımlarla keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 08 iyul 2025-ci il tarixdə, saat təxminən 18 radələrində o, 10-20 km/saat surətlə idarə etdiyi “BYD” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi ilə hərəkət edib “Nazlı” şadlıq sarayının yanından uzanan yolla hərəkətini davam edərək C.Naxçıvanski küçəsinə çıxıb həmin sürətlə sola dönərək Q.Qarayev prospekti istiqamətindən C.Naxçıvanski küçəsi ilə hərəkətini davam etdikdə yolu sağdan sola, piyada zolağı ilə adi addımlarla keçən xanım piyadanı görməyib avtomobilinin sol qabaq hissəsi ilə, piyada zolağının üstündə piyadaya dəyməyi nəticəsində piyada yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb düşmüş, piyadanı yerdən qaldıraraq avtomobilinə mindirmişdir. Piyada xəsarətinin olmadığını deyib xəstəxanaya getməkdən imtina etmişdir. Buna görə o, öz mobil nömrəsini və anket məlumatlarını ona vermişdir. Lakin onun nömrəsini götürməmişdir. Bundan sonra piyada naməlum istiqamətdə getmişdir. Bu vaxt ona yaxınlaşan PPX-nın əməkdaşları hadisə yerində gözləməyini bildirdikləri üçün o, qalıb polisin gəlməsini gözləmişdir. Piyadanı yolun sağ kənarından təxminən 7 metr sol kənarına doğru məsafədə, piyada zolağının üstündə ehtiyyatsızlıqdan vurmuşdur. O, ümumiyyətlə spirtli içki qəbul etmir və həmin gün də spirtli içki qəbul etməmişdir. Qeyd etdiklərini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 08 iyul 2025-ci il tarixdə, saat təxminin 18 radələrində yaşadığı evə getmək üçün Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsini bir tərəfindən digər tərəfinə doğru, yəni yaşayış binaları tərəfindən üzü “Nazlı” şadlıq sarayı istiqamətinə doğru piyada zolağı ilə, adi addımlarla piyada keçməyə başlamışdır. Səkiyə təxminən 2 metr çatmamış məsafədə “Nazlı” şadlıq sarayının yanından uzanan yoldan C.Naxçıvanski küçəsinə dönən “BYD” markalı avtomobil sol qabaq hissəsi ilə piyada zolağının üstündə onu vurduğu üçün o, sol ayağından xəsarət alaraq yerə yıxılmışdır. Sürücü avtomobili saxlayıb ona yaxınlaşmış və onu xəstəxanaya aparmağı təklif etmişdir. Lakin xəsarəti ciddi olmadığı üçün o, sürücünün təklifini inkar etmiş və heç bir tibb müəssisəsinə müraciət etmədən evinə getmişdir. Dəqiq yadında olmasa da yolun bir kənarından digər kənarına doğru, piyada zolağı ilə təxminən 7 metr məsafə qət etmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan canlı şəxsin ekspertizasına dair 14 iyul 2025-ci il tarixli, 750 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş – sol budun bayır səthinin dərialtı hematoması – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, HK/1-419 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3903/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3903/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver