Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3904/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri X1, X2 iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 10944,15 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10944,15 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. "xxxx" MMC-nin hüquqşünası X3 məhkəməyə etiraz ərizəsi göndərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixində, EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafıq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolda qeyd edilmişdir ki, "xxxx" MMC 10.944,15 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10.944,15 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə daxil etməmişdir. Lakin sifariş üzrə mallar tam həcmdə ölkəyə daxil olmuşdur. Belə ki, "xxxx" MMC (bundan sonra "Cəmiyyət") tərəfindən xx.xx.2023-cü il tarixində **********838 nömrəli sifariş tapşırığı (PO 1) əsasında "X13 X14 Şirketi"-nə (bundan sonra "Təchizatçı") bir sıra malların sifarişi verilmişdir. Həmin sifariş tapşırığına uyğun olaraq xx.xx.2023-cü il tarixində Təchizatçı Cəmiyyətə BYG********** nömrəli proforma-invoys göndərmiş və bu invoysa əsasən Cəmiyyət sifariş verilmiş malların ümumi dəyəri olan 21.888,30 USD-nin 50%-lik hissəsi, yəni 10.944,15 USD avans şəklində xx.xx.2023-cü il tarixində Təchizatçıya ödənilmişdir. Daha sonra Sifariş üzrə Mallara Təchizatçı tərəfindən 469.8 USD endirim tətbiq edilmiş və buna müvafiq olaraq sifariş tapşırığı yenilənmişdir. Beləliklə, **********132 nömrəli yenilənmiş sifariş tapşırığında (PO 2) yekun məbləğ qismində güzəşt məbləği də nəzərə alınmaqla 21418.5 USD qeyd edilmişdir. xx.xx.2023-cü il tarixində mallar təchizatçı tərəfindən göndərilmiş və müvafiq olaraq **********6265 nömrəli qısa idxal bəyannaməsi hazırlanmışdır. Mallar xx.xx.2023-cü il tarixində gömrük yoxlanışına daxil olmuş və **********4696 nömrəli gömrük bəyannaməsinə əsasən tam şəkildə qəbul olunmuşdur. Hər iki sifariş tapşırığı üzrə Malların Cəmiyyət tərəfindən qəbulundan sonra sifariş üzrə ödənişin 469.8 USD güzəşt məbləği nəzərə alınnmaqla geri qalan hissəsi -10.474.35 USD Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli BYO**********171 nömrəli proforma-invoysa müvafiq olaraq xx.xx.2023-cü il tarixində tam şəkildə Təchizatçıya ödənilmişdir. Nəticədə, hər iki PO (Sifariş) üzrə (**********838 nömrəli və **********132 nömrəli) üzrə Sifarişlərdə alğı-satqısı nəzərdə tutulan Mallar həmin Sifarişdə nəzərdə tutulmuş şərtlərlə və qaydada tam həcmdə ölkəyə idxal edilmiş və xx.xx.2023-cü il tarixində akt əsasında Cəmiyyət tərəfindən qəbul edilmişdir. **********6265 nömrəli qısa idxal bəyannaməsi və **********4696 nömrəli gömrük bəyannaməsindən də aydın olduğu kimi, mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Anlaşılmazlığın yaranma səbəbi isə, elektron gömrük xidmətləri sistemində gömrük bəyannaməsində sadəcə 1 Müqaviləyə (Sifarişə) istinad verilə bilməsidir. Qeyd etdiyimiz kimi, əsasında avans ödəniş icra edilmiş **********838 nömrəli sifariş üzrə malların ümumi dəyərinə avans ödənişindən sonra Təchizatçı tərəfindən 469.8 USD məbləğində endirim tətbiq olunmuşdur. Bu səbəbdən, **********838 nömrəli sifariş tapşırığı yenilənərək əvəzinə **********132 nömrəli sifariş tapşırığı tərtib olunmuşdur. (Bu sənədlərdə olan sifariş məlumatlarına malların adı, sayı, ayrılıqda dəyərinə nəzər yetirdikdə sənədlərin eynilik təşkil etdiyi öz təsdiqini tapır.) Mallar gömrük yoxlanışına daxil olan zaman gömrük sistemindəki məhdudiyyət səbəbindən yalnız sonuncu, endirimli məbləğ göstərilən yenilənmiş sifariş tapşırığına (**********132) istinad verilmiş, avans ödənişin icra edildiyi ilkin sifariş tapşırığına (**********838) istinad vermək mümkün olmamışdır. Bununla bağlı gömrük orqanına rəsmi şəkildə müraciət olunsa da, müvafiq orqan tərəfindən bu problemin aradan qaldırılması üçün Cəmiyyətə hər hansı köməklik göstərilməmişdir. **********838 nömrəli ilkin sifariş tapşırığı (PO 1) üzrə və **********132 nömrəli yenilənmiş sifariş tapşırığı (PO 2) üzrə müvafiq invoyslar əsasında edilmiş ümumi ödəniş məbləği gömrük bəyannaməsinə əsasən ölkəyə çatdırılmış malların ümumi dəyəri ilə eynilik təşkil edir ki, bu da öz növbəsində hər iki sifariş tapşırığı üzrə alqı-satqısı nəzərdə tutulan malların tam şəkildə ölkəyə idxal olunduğunu bir daha təsdiq edir. Beləliklə hər iki sifariş tapşırığı (**********838 nömrəli və **********132 nömrəli) üzrə alqı-satqısı nəzərdə tutulan Mallar Təchizatçı tərəfindən sifarişlərdə nəzərdə tutulmuş şərtlərlə və qaydada tam həcmdə "xxxx" MMC göndərilmiş və Cəmiyyət tərəfindən qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilərək qəbul edilmişdir. Mövcud materiallardan da görünür ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq mallar ölkəyə idxal edilmiş və İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməmişdir. Gömrük bəyannaməsi və sifariş tapşırıqları köçürülən vəsaitin müqabilində sifariş edilmiş malların ölkəyə tam şəkildə idxal edilməsini təsdiq edir. Mövcud anlaşılmazlıq sadəcə gömrük bəyannaməsində eyni anda iki sifarişə istinad verilə bilməməsi səbəbindən yaranmışdır. Qeyd edilən fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi, ümumiyyətlə, mövcud olmadığından hesab edirik ki, “Azərbaycan Supermarket" MMC inzibati məsuliyyətə cəlb edilməməlidir. Qeyd olunanlara Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri X4 və X5 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə məlumat ünvanlayaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixli 10944,15 ABŞ dolları məbləğində avans köçürməsinə münasibətdə tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş **********4696 saylı bəyannamə ilə idxal edilən mallar isə **********132 nömrəli sifariş və BYO **********171 nömrəli invoysla idxal edilmişdir. Qeyd olunan bəyannamədə müvafiq qrafalar üzrə məlumatlar avans köçürməsinin təyinatı üzrə müvafiq məlumatlarla eynilik təşkil etməsə də **********4696 saylı bəyannamə üzrə gömrük portalındakı məlumatlara əsasən açıq qalan məbləğ məhz 10944,15 ABŞ dolları təşkil edir. İşin göstərilən halları nəzərə alınmaqla müvafiq qərarın qəbul edilməsi məhkəmənin mülahizəsinə buraxılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli köçürmə sənədindən görünür ki, Şəxs MMC tərəfindən “X11 Sanayi ve Ticaret” şirkətinin hesabına 10944,15 ABŞ dolları vəsait köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli, **********4696 nömrəli gömrük bəyannaməsindən görünür ki, “X11 Sanayi ve Ticaret” şirkəti tərəfindən Şəxs MMC-yə 21418,50 ABŞ dolları dəyərində mal göndərilmişdir. - xx.xx.2023-cü il tarixli köçürmə sənədindən görünür ki, Şəxs MMC tərəfindən “X11 Sanayi ve Ticaret” şirkətinin hesabına 10474,35 ABŞ dolları vəsait köçürülmüşdür. - “X13 X14” şirkəti tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC (bundan sonra "alıcı") tərəfindən verilmiş **********838 nömrali PO 1 (sifariş tapşırığı) və **********132 nömrali PO 2 (bundan sonra birlikdə "Sifariş" adlandırılacaq) üzrə "xxxx" MMC-yə 27,07.2023-cü il tarixində BYC********** nömrəli proforma-invoys göndərilmiş və həmin invoys əsasında alıcı tərəfindən müvafiq Sifariş üzrə 21.888,30 USD-nin 50%-lik hissəsi, yəni 10.944,15 USD avans şaklində öncədən şirkətə ödənilmişdir. Bundan sonra, sifariş üzrə mallar xx.xx.2023-cü il tarixində alıcıya göndərilmiş, xx.xx.2023-cü il tarixində gömrük yoxlanışına daxil olmuşddur, Hər iki sifariş üzrə malların alıcıya təhvilindən (Alıcı tərəfindən qabulundan) sonra sifariş üzrə ödənişin 469.8 USD güzəşt məbləği nəzərə alınmaqla geri qalan hissəsi - 10.474.35 USD alıcı tərəfindən xx.xx.2023-cü il tarixli BYO**********171 nömrəli proforma-invoysa müvafiq olaraq xx.xx.2023-cü il tarixində tam şakildə icra edilmişdir. Nəticədə, hər iki po (Sifariş) üzrə (**********838 nömrəli və **********132 nömrəli) Sifarişlərdə alqı-satqısı nəzərdə tutulan mallar həmin sifarişlə nəzərdə tutulmuş şərtlərlə va qaydada tam həcmdə alıcı - "xxxx" MMC-yə təhvil verilmişdir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X7 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Rusiya rublu ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “X13 X14” şirkətinin hesabına köçürülmüş vəsaitin müqabilində “X13 X14” şirkəti tərəfindən tam şakildə Şəxs MMC-yə mal göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3904/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3904/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver