Məhkəmə qərarları › İş №3(007)-3905/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3905/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3905/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola xüsusi texniki vasitədən istifadə etməklə aparılmış müayinənin nəticəsinin əks olunduğu qəbz əlavə edilməmişdir. Belə olan halda, həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunmasına əsasın olub-olmamasını müəyyən etmək mümkün olmur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində təqdim olunmuş sübutlar əsasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində təsbit edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva İş № 3(007)-243/2020 Məhkəmə iclasının PROTOKOLU Nizami Rayon Məhkəməsi Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi Məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi ilə Bakı şəhəri məhkəmə binasında 11 fevral 2020-ci il tarixdə X5 tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılmışdır. Sədrlik edən saat 09:30-da məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Tərəflər məhkəmə iclasında iştirak etmirlər. Sədrlik edən iş materiallarını araşdırır. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra isə qərardadı elan edir. Məhkəmə iclası saat 09:45-də bağlı elan olunur. Protokol 11 fevral 2020-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 24 Tel: (012) ***-**-** www.nizamicourt.gov.az Faks: (012) ***-**-** İş № 3(007)-243/2020 xx.xx.2020-ci il Ünvan: Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, Kənar dairəvi yolun kəsişməsi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-243/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı və ona əlavə olunmuş sənədlər Sizə göndərilir. Qoşma:Qərardadın surəti “02”vərəqədə İXP ******* nömrəli inzibati xəta haqqında protokol “01” vərəqədə Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında potokol “01” vərəqədə Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatı “01” vərəqədə X4 məxsus AF 012651 nömrəli sürücülük vəsiqəsinin əsli Hakim Mətanət Hacıyeva İş № 3(007)-243/2020 xx.xx.2020-ci il Ünvan: Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, Kənar dairəvi yolun kəsişməsi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-243/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı və ona əlavə olunmuş sənədlər Sizə göndərilir. Qoşma:Qərardadın surəti “02”vərəqədə İXP ******* nömrəli inzibati xəta haqqında protokol “01” vərəqədə Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında potokol “01” vərəqədə Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatı “01” vərəqədə X4 məxsus AF 012651 nömrəli sürücülük vəsiqəsinin əsli Hakim Mətanət Hacıyeva İş № 3(007)-1100/2019 xx.xx.2019-cu il Ünvan: Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, Kənar dairəvi yolun kəsişməsi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1100/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı və ona əlavə olunmuş sənədlər Sizə göndərilir. Qoşma: Qərardadın surəti “02”vərəqədə İş materialları “04” vərəqədə X1 məxsus AC 317046 nömrəli sürücülük vəsiqəsinin əsli Hakim Mətanət Hacıyeva İş № 3(007)-1168/2018 Azərbayсan Respublikası Bakı şəhəri Nizami Rayon Məhkəməsi hakiminin İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRARDADİ 06 avqust 2018-ci il Bakı şəhəri Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Hacıyev Fəxri Elçin oğlunun katibliyi, Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin inspektoru, polis kiçik serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, QƏRARA ALDİ: X3 barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə geri qaytarılsın. Sədrlik edən: imza Düzdür. Məhkəmənin hakimi Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar