Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3907/2025 01.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 nümayəndəsi “Alyans” Vəkil Bürosunun vəkili Vəkil, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə baxılma haqqında 11 iyun 2025-ci il tarixli, 3-17/1-10000/2025 nömrəli qərardan X5 nümayəndəsi Vəkil şikayətinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 nümayəndəsi Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə baxılma haqqında 11 iyun 2025-ci il tarixli, 3-17/1-10000/2025 nömrəli qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin (bundan sonra - "DƏMX") Bakı şəhəri ərazi idarəsinin rəis müavini X8 tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin (bundan sonra - "Şirkət") İdarə Heyətinin sədri X9 (bundan sonra - "Şikayətçi") barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü (bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsi) maddəsi ilə 2000 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə MN ******* nömrəli qərar (bundan sonra- "tənbeh qərarı") qəbul edilmişdir. (Tənbeh Qərartnın surəti əlavə edilir). Tənbeh qərarı onunla əsaslandırılmışdır ki, şirkətin işçisi X3 xx.xx.2024-cü il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması faktı şikayətçi tərəfindən DƏMX-yə məlumat verilməyərək gizlədilmişdir. Şikayətçi tərəfindən DƏMX-yə tənbeh qərarından inzibati qaydada şikayət verilmiş, tənbeh qərarının ləğv edilməsi xahiş edilmişdir. Nəticədə DƏMX-nin rəis müavini X10 (bundan sonra - "Vəzifəli Şəxs") tərəfindən şikayətin təmin edilməməsi barədə xx.xx.2025-ci il tarixli 3-17/1- 0000/2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərar (bundan sonra - "Qərar") qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İXM-in 555.3-cü maddəsi ləğv edilsə də, həmin maddənin dispozisiyası (maddənin məzmunu) İXM-in 555.1 (işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi) və 555.2-d (bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsi) maddələrində təsbit edilmişdir. Qərar qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməlidir. Qərarının qanunsuzluğu dəlilləri: inzibati tənbeh tətbiq edilməsinə səbəb olan norma ləğv edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, tənbeh qərarı verilərkən şikayətçi barəsində inzibati tənbeh tətbiq edilməsinə əsas olan norma, yəni İXM-in 555.3-cü maddəsi (bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsi) xx.xx.2025-ci il tarixli 178 nömrəli ''Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun 2.39.2-ci bəndinə əsasən ləğv edilmişdir və həmin qanun xx.xx.2025ci il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi, X5 inzibati məsuliyyətinə əsas olan normativ hüquqi akt ləğv edilmişdir, bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.1.5-ci maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda icraat başlana bilməz, başlanan icraata xitam verilməlidir. İXM-in 134.1.3-cü maddəsinin mənasına görə inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Odur ki, qərar ləğv edilməli və İXM-in 53.1.5-d maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixli 178 nömrəli Qanunun 2.39.1-ci maddəsi ilə İXM-in 555.1 və 555.2-ci maddələri yeni redaksiyada verilmiş, nəticədə İXM-in 555.3-cü maddəsində təsvir edilən əməl 2 hissəyə parçalanaraq İXM-in 555.1 (bədbəxt lıaiisə fdktmın işəgötürən tərəfindən gizlədilməsi) və 555.2-ci (aparılan araşdırma barədə akt tərtibindən boyun qaçırılması) maddələrində təsbit edilmişdir. Buna baxmayaraq, İXM-nin 53.1.5-d maddəsinə əsasən inzibati xəta haqqmda iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Çünki İXM-də ləğv edilən normanın (555.3) yeni məzmunda təsbit edilməsi (o cümlədən daha yüngül məsuliyyət müəyyən edən məzmunda təsbit edilməsi) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqmda qərarın qəbul edilməsinin qarşısını almır. Ona görə ki, ləğv edilmiş maddə əsasında artıq başlanmış icraat üzrə inzibati xətanın tövsifinin dəyişdirilməsinə və daha yüngül məsuliyyət müəyyən edən normanın tətbiqinə imkan verən müddəa İXM-də mövcud deyil və bu halda İXM-in 53.1.5d maddəsi tələb edir ki, ləğv edilmiş İXM-in məsuliyyət müəyyən edən maddəsi əsasında artıq başlanmış icraata xitam verilsin. Daha yüngül məsuliyyət müəyyən edən norma isə yalnız İXM-in 11.2-ci maddəsinə (inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən normativ hüquqi aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş xətalara da şamil edilir) uyğun olaraq yeni icraatın başlanmasına əsas ola bilər. Beləliklə, təsvir edilənlər ona işarə edir ki, İXM-in 555.3-cü maddəsi ləğv edildiyindən qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 11 iyun 2025-ci il tarixli, 3-17/1-10000/2025 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 Vəkil şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 11 iyun 2025-ci il tarixli, 3-17/1-10000/2025 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, həmin inzibati tənbeh vermıə haqqında qərar aprel ayında verilmişdir. məhkəmədən əsassız olduğuna görə şikayətin təmin edilməməsini xahiş etmişdir. Dəyişikliklər isə may ayının 30-da qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Yəni ki, qərar qəbul edilən zaman bu dəyişikliklər olmamışdır. Həmin maddənin 2-ci hisssəsində isə deyilir ki, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Lakin 555.3-cü maddə ləğv olunmasına baxmayaraq həmin maddənin dispozisiyası iki yerə bölünür. Birinci hissəsi həmin MƏcəllənin 555.1-ci maddəsinə, ikinci hissəsi isə 555.2-ci maddəsinə əlavə edilmişdir. Buradan da görünür ki, məsuliyyət aradan qaldırılmayıb və ya yüngülləşdirilməmişdir. Buna görə də hesab edir ki, qərar qüvvədə qalmalı və şikayət təmin edilməməlidir. məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş 21 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" ASC-nin işçisi X3 xx.xx.2024-cü il tarixdə istehsalat vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması faktı barədə "xxxx" ASC-nin sədri X9 tərəfindən DƏMX-ə məlumat verilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə 2000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, 3- 17/1-10000/2025 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə baxılma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin X9 barəsində qəbul edilmiş 21 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Beləliklə, məhkəmə hesab edir ki, X5 nümayəndəsi Vəkil şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsi ləğv edildiyindən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki X5 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, 11 iyun 2025-ci il tarixli, 3-17/1-10000/2025 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X5 nümayəndəsi Vəkil şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsi ləğv edildiyindən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəis müavini Azər Rəhimov tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, 3- 17/1-10000/2025 nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3907/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3907/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver