Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3909/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X7 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8069/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs X8 xeyrinə 9000 ABŞ dolları tutulmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3619/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs X4 xeyrinə 1000 manat pul və 35,4 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək borclunun 2(102)-8069/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 8346 ABŞ dolları, 2(007)-3619/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 985.40 manat borcu qalmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, hal-hazırda borcu ödəmək imkanı yoxdur, daha uzun müddət verildiyi təqdirdə borcunu ödəməyə çalışacaqdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, uzun müddət keçməsinə baxmayaraq borclu icra sənədləri üzrə tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək icra sənədinin icra edilməsi ona təklif edilmişdir. X2 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8069/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 9000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq X9 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3619/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 1000 manat pul və 35,4 manat məbləğində dövlət rüsumunun alınaraq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2019-cü il tarixli və xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişlərdən görünür ki, borcu Şəxs müvafiq icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs barəsində daxil olmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8069/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi və Nizami Rayon Məhkəməsinin 2(007)-3619/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3909/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3909/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver