Məhkəmə qərarları › İş №3(007)-3910/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3910/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3910/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin YNH üzrə inspektoru X2 iştirakları ilə, X3 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə istifadəsində olan Toyota Prius markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gedən zaman Bakı şəhəri, M.Abbasov küçəsi ilə Özbəkistan küçəsinin kəsişməsində işıqforun qırmızı işığında yaşıl işığın yanmasını gözləmiş və yaşıl işıq yandıqdan sonra hərəkət etməyə başlamışdır. Bu zaman yolun əks tərəfindən gələn **-XA-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtomobil onun qarşısına çıxmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə onun avtomobilinə külli miqdarda zərər dəymişdir. DYPİ-nin əməkdaşı X5 hadisə yerinə gəlmiş və o, haqlı olduğu halda günahın onda olduğunu demişdir, heç bir əsas olmadan. Qanunsuz və əsassız olaraq ona 327.1-ci maddəyə əsasən protokol tərtib etmişdir. Buradan tam şəkildə aydın olur ki, o, işıqforun yaşıl işığında hərəkət edərkən qanunsuz şəkildə yolun əks tərəfindən gələrək yolun ortasında dayanan **-XA-*** nömrəli avtomobil onun yoluna çıxıb qəza törətmişdir. Onun inzibati xəta törətmədiyini kamera görüntülərinə baxmaqla müəyyən etmək olar. Göstərilənlərə əsasən məhkəmə araşdırması aparılmaqla kamera görüntüsünə məhkəmə iclasında baxış keçirilib hüquqi qiymət verilməsini, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin qanunsuz və əsassız olan 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq digər maşının yaşıl işıqda keçib-keçməməsi məsələsinin ona qaranlıq qaldığını göstərmiş və həmin məsələnin araşdırılmasını, barəsində şikayət verdiyi qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisələndirilən qərarın qəbuluna əsas olan inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin YNH üzrə inspektoru X4 izahatında göstəmişdir ki, daxil olmuş məlumat əsasında onun tərəfindən araşdırma aparılmış, müəyyən edilmişdir ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1 rayonu, Özbəkistan küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində hərəkətdə olarkən 18 iyul 2024-cü il tarixdə saat 17:40-da əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bununla əlaqədar 18 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında X6 təqsirli bilinərək inzibati qaydada cərimə olunmuşdur. Yol verilən inzibati xəta kameralar vasitəsi ilə qeydə alınmışdır, həmin görüntülər diskə köçürülməklə məhkəməyə təqdim edilmişdir. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin YNH üzrə inspektoru X4 tərəfindən tərtib olunmuş 18 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində hərəkətdə olarkən 18 iyul 2024-cü il tarixdə saat 17:40-da “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə”, 18 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır; Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 18 iyul 2024-cü il tarixdə saat 17:40da Bakı şəhəri, Nizami rayonu Özbəkistan küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində “Toyota Prius (Hibrid) minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə” əməliyyatı etmişdir ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın X6 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş YNH üzrə inspektorun izahatı, o cümlədən məhkəməyə təqdim olunmuş CD diskə əlavə edilən videogörüntülərlə şikayətdə irəli sürülən dəlillər təkzib olunmuşdur. Müəyyən edilmişdir ki, X6 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir ki, bu, yuxarıda göstərilən qaydada məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar