Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3915/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X7 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1982-ci ildə Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs X3 xeyrinə, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 30 iyun 2022-ci il tarixdən başlayaraq hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq verilməsi qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 2574 manat məbləğində borc yığılmışdır. Beləliklə də, borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan alimenti işsiz olduğu üçün ödəyə bilməmişdir. 2022-ci ilin noyabr ayı daxil olmaqla aliment borcu əmək haqqından tutulmuşdur. Mart ayının 31-də 500 manat ödəniş etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə 400 manat ödəniş etmişdir. Alimenti ödəməkdən imtina etmir, hal-hazırda tam ödəyə bilmir, lakin hissə-hissə ödəməyə etirazı yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X9 məhkəmə iclasında bildirdi ki, hazırda aliment borcunu ödəmək üçün Şəxs maddi imkanı yoxdur. Şəxs alimentin ödənilməsində qərəzli olaraq yayınmır. Bunun nəzərə alınmasını və borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında bildirdi ki, Şəxs şikayətçidir, aliment borcunun bütövlüklə ödənilməsini istəyir. Göstərilənləri nəzərə alaraq borclu barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs X3 xeyrinə, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 30 iyun 2022-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq verilməsi qət edilmiş, lakin borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, lakin şəxs məhkəmə icraatı zamanı 500 manat ödəniş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırkı vaxtadək 2574 manat məbləğində borc yığılmışdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-954/20225 nömrəli, xx.xx.2022-ci tarixli icra sənədinə əsasən, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, borclu Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 954/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X6 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3915/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3915/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver