Məhkəmə qərarları › İş №3(007)-3927/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3927/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3927/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, 11 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, ev 95, mənzil 27-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 04 aprel 2025-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmənin xidməti nömrəsinə zəng edərək, şifahi qaydada bildirmişdir ki, “Taksi 4 London Taxis minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Lakin qayda pozuntusu qeydə alınmış kimi təqdim olunan fotoşəkil ona məxsus avtomobilə aid deyil, fotoşəkildən görünür ki, o, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə aiddir. Fotoşəkildən həmçinin o da aydın olur ki, onun qabaq faraları qeyd olunan avtomobilə aid deyil, digər hansısa markalı avtomobilə aiddir, “London taksi”lərində belə quruluşlu qabaq faraları olmur. Hesab edir ki, qeyd etdikləri araşdırılmalıdır. İşdə olan sənədlərdən görünür ki, 04 aprel 2025-ci il tarixdə saat 03:27:30-da “Taksi 4 London Taxis minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı- Quba yolu 26-cı km Sumqayıt ist. idarə edilərkən Azərbaycan Respublikası İXM-nin 339.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 04 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27102204 nömrəli qərarla Şəxs barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hansı ki, inzibati xəta törətmiş nəqliyyat vasitəsi kimi qeydə alınmış “Taksi 4 London Taxis minik” markalı avtomobilin dövlət qeydiyyat nişanının “**- DD-***” olmasına əsaslı şübhələr vardır, avtomobilin dövlət qeydiyyat nişanının “**-DD-***” olması ehtimal edilir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, inzibati xəta törətməsi ehtimal olunan Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan belə sübutetmə vəzifəsi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında məhkəmə iclasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalı, yuxarıda qeyd olunanlar araşdırıldıqdan sonra, buna müvafiq hüquqi əsaslar olduqda, material mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 26 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar