Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3938/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi “Güvən” vəkil bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “X8” QSC-də maşinist işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən 17 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “X9” MMC-nin balansında olan fasonlu hissələrin metal tökmə sahəsində poladəridənin köməkçisi vəzifəsində işləmiş Zərərçəkmiş şəxs metal tökmə sahəsində metal konstruksiyaların sobaya atılması işi aparılarkən "xxxx" MMC-də kran-maşinisti vəzifəsində işləmiş Şəxs tərəfindən yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlar olmasına baxmayaraq, həmin yükün yerdəyişməsini həyata keçirməsi zamanı kranla qaldırılmış yükün bərkidildiyi qarmağın qırılması ilə dəmir parçasının Zərərçəkmiş şəxs ayağına düşməsi nəticəsində sol baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən 30 iyun 2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Nümayəndə məhkəməyə yazılı vəsatət təqdim edib vəsatətin məzmununa uyğun izaha verərək bildirmişdir ki, baş vermiş hadisə üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatmışdır. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Həmçinin, İXM-in 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsi əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh Rədd Qərarı qəbul edildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2022-ci il tarixli qərarına əsasən, İXM-in 38.3-cü maddəsind göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələriniı müddəaları nəzərə almmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündəı 1 ildən artıq olmamalıdır. İnzibati xəta haqqmda iş üzrə icraat materiallarından göründüyü kimi, hadisə xx.xx.2021-ci il tarixdə baş vermişdir, hadisəyə dair yoxlamanm nəticəsi üzrə Rədd Qərarı isə xx.xx.2023-cü il tarixdə qəbu edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə İnzibati Qərar qəbul edilmişdir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulması inzibati xətasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bildiyi halda, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqmda qərar 4 aydan xeyli müddət keçdikdən sonra qəbul edilmişdir. Rədd Qərarı qəbul edildiyi halda belə, Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2022-ci il tarixli qərarmdakı hüquqi mövqeyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmə müddəti Məcəllənin 38.1-ci maddəsində müəyyən edilmiş 4 aylıq müddət nəzərə almmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxanldığı) gündən 4 aydan artıq olmamaqla İnzibati Qərar qəbul edilməli idi. Bu isə ona işarə edir ki, İnzibati Qərar İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra qəbul edilmişdir. Lakin, hətta inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatmasaydı belə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməli idi. X6 görünür ki, Şəxs üzərinə hansı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət etmək vəzifəsi həvalə edilmişdir və o, hansı texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarını pozmuşdur. Halbuki, İXM-in 54.5 və 100.1.4-cü maddələrinin mənasına görə İnzibati Qərarda inzibati xətanın mahiyyəti göstərilir. İnzibati xətanm mahiyyətinin İnzibati Qərarda göstərilməməsi, yəni Şəxs üzərinə hansı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarma riayət etmək vəzifəsinin həvalə edilməsinin, onun tərəfindən hansı texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarının pozulmasının əks olunmaması ona işarə edir ki, İnzibati Qərar düzgün tərtib olunmamışdır. Odur ki, İnzibati Qərar düzgün tərtib edilmədiyindən ən azından hakim tərəfindən İnzibati Qərarın prokurora qaytarılması barədə qərardad qəbul edilməlidir. Həmçinin, Texniki Tələblərin hazırda qüvvədə olması, Şəxs Texniki Tələblərlə tanış olması və onun kran idarə edən şəxs olması sübuta yetirilməmişdir. İş materiallarmda olan əməyin təhlükəsizliyinin tədqiqi sahəsində xx.xx.2023-cü il tarixli 10/4035 nömrəli ekspertiza rəyindən görünür ki, yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlar olduğu halda, yükün yerdəyişməsinin həyata keçirilməsinə görə Dövlətdağmədəntexnəzarət Komitəsinin xx.xx.2004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları"nm 9.5.19-cu bəndinin "j" abzasmm (kran işləyərkən kranın qolunun altında onun qaldırılması və endirilməsi zamanı adamların olmasına yol verilmir) tələblərinin (bundan sonra - "Texniki Tələblər") kranı idarə edən şəxs tərəfindən pozulması göstərilmişdir. Buradan belə ehtimal etmək olar ki, Prokuror qeyd edilən Texniki Tələbin pozuntusunda Şəxs təqsirləndirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, nə Texniki Tələblərin hazırda qüvvədə olması, nə Şəxs həmin Texniki Tələblərlə tanış olması, nə onun kran idarə edən şəxs olması sübuta yetirilməmişdir. Nəhayət qeyd edilməlidir ki, Texniki Tələblərdən göründüyü kimi, kran işləyərkən kranın qolunun altında adamların olmasına yol verilmir. Texniki Tələblərdən isə görünmür ki, kran işləyərkən kranın yaxınlığında adamların olmasına yol verilmir. X7, həm də onun əsaslandığı iş materiallarından görünür ki, kran işləyərkən adamlar kranın qolunun altında deyil, yaxınlığında olmuşdur. Kran işləyərkən adamların kranın qolunun altında deyil, yaxınlığında olması Texniki Tələblərin pozuntusu olmadığından Şəxs əməlində İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi də müəyyən edilmir. Qeyd olunanları nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs şikayətçidir, onun səhhəti və sonrakı taleyi ilə maraqlanmamışdır. Belə ki, hadisə baş verən zaman ilk 4 gün xəstəxanada qalmış, əməliyyat olunmuş, daha sonra müalicəsini evdə davam etdirmişdir. Sonralar ayağı sağalmadığı üçün yenidən əməliyyat olunsa da, hadisənin fəsadları hələ də qalmaqda davam edir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-ci il tarixli, 497 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/4035 saylı rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nın 9.5.18, 9.5.19 bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetik keçəsi 7 ünvanında yerləşən “X9” MMC-nin balansında olan fasonlu hissələrin metal tökmə sahəsində konstruksiyaların sobaya atılması işinin aparılması zamanı yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamların olmasının qarşısını alan tədbirlər görmədiyinə və yükün yerdəyişməsində müvafiq uzunluqda qarmaq və ya dartıcı burazların istifadə edilməsini təmin etmədiyinə görə, «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nın 9.5.18 (“f abzasının) və 9.5.19 (f və “d” abzaslarının) bəndlərinin tələbləri həmin işin görülməsinə rəhbərlik etmiş şəxs tərəfindən pozulmuşdur (konkret şəxs araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetik keçəsi 7 ünvanında yerləşən “X9” MMC-nin balansında olan fasonlu hissələrin metal tökmə sahəsində konstruksiyaların sobaya atılması işinin aparılması zamanı yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlar (konkret halda Zərərçəkmiş şəxs) olmasına baxmayaraq, həmin yükün yerdəyişməsini həyata keçirdiyinə görə, «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nın 9.5.19 (“j” abzasının) bəndinin tələbləri hadisə ərəfəsində kranı idarə edən şəxs tərəfindən pozulmuşdur. ( konkret şəxs araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər.) - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, 549C-23 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 30 iyun 2023-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Belə ki İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işin əxitam verildikdə lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx.xx.1978-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “X8” QSC-də maşinist işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-3938/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3938/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver