Məhkəmə qərarları › İş №3(007)-3969/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3969/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3969/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X23 nümayəndəsi-“Yusifbəyli və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, X23 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin Qarabağ regional şöbəsinin 19 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X35 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin Qarabağ regional şöbəsinin 19 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. X23 şikayətə onun yaşadığı yerin məhkəməsi tərəfindən baxılması barədə yazılıl vəsatətinə əsasən, Laçın Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərardadı ilə şikayətə dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin Qarabağ Şöbəsinin Əmək müffətişi X11 tərəfindən işin real vəziyyətini qətiyyən araşdırmadan, realda baş verən və vermiş halları qətiyyən nəzərə almadan, “X44” Məhdud Məsuliyyətli Cəmiyyətində vaxtı ilə işləmiş, lakin 28 iyun 2024-cü il tarixdə MMC ilə heç bir əlaqəsi və qeyd olunan MMC-yə heç bir aidiyyəti olmadıqları halda, yəni həmin tarixdə “X44” MMC-də faktiki işləməyən-heç bir fəaliyyət göstərməyən, lakin əmək müqavilələri ləğv olunana kimi işləmiş 8 nəfərin adları “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində olduqları halda, “ƏMAS” sistemində həmin şəxslərin müvafiq əmək müqavilələri olmadığı üçün Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 2 ədəd: “X44” MMC haqqında MN ******* və MMC-nin baş direktoru X35 barəsində MN ******* inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. MN ******* saylı inzibati xəta protokolu üzrə: əmək müffətişi X11 tərəfindən Bərdə şəhərində Laçın rayonunun Qorçu kəndində yerləşən “X44” MMC haqqında tərtib olunmuş MN ******* inzibati xəta haqqında protokolunda Nüşabə Bayramovanın, Elçin Abdullayevin və digər 6 nəfərin adları “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində olduqları halda, “ƏMAS” sistemində həmin şəxslərin müvafiq əmək müqavilələri olmadığı qeyd olunmuşdur. Bu halla əlaqədar “X44” MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyi nəticəsinə gəlinmişdir. İnzibati xəta protokolunda qeyd olunur ki, MN ******* saylı inzibati xəta protokolunun tərtibi zamanı haqqında inzibati xəta protokolu tərtib edilən “X44” MMC-nin iştirakı olmamışdır. MN ******* inzibati xəta haqqında protokolunda adı qeyd olunan “Elçin Abdullayev” adlı şəxs “X44” MMC-də, ümumiyyətlə, işləməmiş və elə adlı şəxsin “X44” MMC ilə əmək müqaviləsi də heç bir zaman olmamışdır. “X44” MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı bir fiziki şəxsi və ya şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmədiyindən, onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur və ola da bilməz. MN ******* saylı inzibati xəta protokolu üzrə: əmək müffətişi X11 tərəfindən Bərdə şəhərində vəzifəli şəxs X35 haqqında tərtib olunmuş MN ******* inzibati xəta haqqında protokolunda Nüşabə Bayramovanın, Elçin Allahverdiyevin, Amin Əliyevin və digər 5 nəfəri müvafiq əmək müqavilələri bağlamadan iş və xidmətlərə cəlb etməyə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyi nəticəsinə gəlinmişdir. İnzibati xəta protokolunda qeyd olunur ki, MN ******* saylı inzibati xəta protokolunun tərtibi zamanı haqqında inzibati xəta protokolu tərtib edilən vəzifəli şəxs X23 iştirakı olmamışdır. MN ******* saylı inzibati xəta protokolunda hətta qeyd olunmur ki, vəzifəli şəxs X23 vəzifəsi nədən ibarətdir-haranın vəzifəli şəxsidir. “X44” MMC-nin baş direktoru X35 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı bir fiziki şəxsi və ya şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmədiyindən, onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur və ola da bilməz. Əlbəttə ki, baxılan belə bir halda əmək müffətişi X5 “X44” MMC-nin və MMC-nin baş diretoru X23 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsini iddia etməsi ancaq təəccüb doğura bilər. MMC haqqında MN ******* və MMC-nin baş direktoru X35 barəsində MN ******* inzibati xəta haqqında protokollar tərtib edərkən, inzibati xəta protokollarının tərtib olunmaları üçün əsas olmuş 8 nəfər şəxsin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində olduqları halda, “ƏMAS” sistemində həmin şəxslərin müvafiq əmək müqavilələri olmadığı kimi qeyd olumuşların kimlərin olmaları, 8 nəfərin adları dedikdə-qeyd etdikdə kimlərin nəzərdə tutmaları inzibati xəta protokollarında “Tapmaca” tapmaq üçün naməlum qoysa da, həmin şəxslərin şəxsiyyətlərinin kimlərin ola bilməsi “X44” MMC tərəfindən təqribən müəyyənləşdirilmişdir. MMC tərəfindən onlarla olan əmək müqavilələrinə xitam verilmiş 28 iyun 2024-cü il tarixdə əmək müffətişi X11 tərəfindən .Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta protokolları tərtib edilmiş nəzərdə tutula biləcək aşağıdakı şəxslərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsisteminə tələb olunan məlumatların göndərilmələrini aşağıdakı qaydada, formada və tarixdə həyata keçirilmişdir: X8 əmək müqaviləsinin qeydiyyat tarixi: 27 may 2024-cü il tarixdə, əmək müqaviləsinin xitam tarixi: 05 iyun 2024-cü il tarixdə, “X44” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsisteminə qeyd olunan şəxsin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalının ləğv (eyni zamanda imeil vasitəsi ilə 10 iyun 2024-cü il tarixdə göndərilmişdir) məktubunun müraciət nömrəsi 010/2024, müraciət tarixi: 10 iyun 2024-cü il tarixdə. X12 əmək müqaviləsinin qeydiyyat tarixi 01 aprel 2024-cü il tarixdə, əmək müqaviləsinin xitam tarixi: 03 iyun 2024-cü-cü il tarixdə, “X44” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsisteminə qeyd olunan şəxsin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalının ləğv (eyni zamanda imeil vasitəsi ilə 10 iyun 2024-cü il tarixdə göndərilmişdir) məktubunun müraciət nömrəsi 010/2024, müraciət tarixi: 10 iyun 2024-cü il tarixdə. X9 əmək müqaviləsinin qeydiyyat tarixi: 29 may 2024-cü il tarixdə, əmək müqaviləsinin xitam tarixi: 10 iyun 2024-cü il, “X44” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsisteminə qeyd olunan şəxsin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalının ləğv (eyni zamanda imeil vasitəsi ilə 10 iyun 2024-cü il tarixdə göndərilmişdir) məktubunun müraciət nömrəsi 010/2024, müraciət tarixi: 10 iyun 2024-cü il tarixdə. X13 əmək müqaviləsinin qeydiyyat tarixi 01 aprel 2024-cü il tarixdə, əmək müqaviləsinin xitam tarixi: 31 may 2024-cü il tarixdə, “X44” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsisteminə qeyd olunan şəxsin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalının ləğv (eyni zamanda imeil vasitəsi ilə 03 iyun 2024-cü il tarixdə göndərilmişdir) məktubunun müraciət nömrəsi 003/2024, müraciət tarixi: 03 iyun 2024-cü il tarixdə. X16 əmək müqaviləsinin qeydiyyat tarixi 01 aprel 2024-cü il tarixdə, əmək müqaviləsinin xitam tarixi: 31 may 2024-cü il, “X44” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsisteminə qeyd olunan şəxsin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalının ləğv (eyni zamanda imeil vasitəsi ilə 03 iyun 2024-cü il tarixdə göndərilmişdir) məktubunun müraciət nömrəsi 003/2024, müraciət tarixi: 03 iyun 2024-cü il. X24 əmək müqaviləsinin qeydiyyat tarixi: 01 aprel 2024-cü il tarixdə, əmək müqaviləsinin xitam tarixi: 31 may 2024-cü il, “X44” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsisteminə ceyd olunan şəxsin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalının ləğv (eyni zamanda imeil vasitəsi ilə 03 iyun 2024-cü il tarixdə göndərilmişdir) məktubunun müraciət nömrəsi: 003/2024, müraciət tarixi: 03 iyun 2024-cü il. X1 əmək müqaviləsinin qeydiyyat tarixi: 24 aprel 2024-cü il, əmək müqaviləsinin xitam tarixi: 11 may 2024-cü il, “X44” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur qtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsisteminə qeyd olunan şəxsin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalının ləğv (eyni zamanda imeil vasitəsi ilə 12 may 2024-cü il tarixdə göndərilmişdir) məktubunun müraciət nömrəsi: 004/2024, müraciət tarixi: 12 may 2024-cü il. X3 əmək müqaviləsinin qeydiyyat tarixi: 29 aprel 2024-cü il tarixdə, əmək müqaviləsinin xitam tarixi: 06 may 2024-cü il tarixdə, “X44” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsisteminə qeyd olunan şəxsin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalının ləğv (eyni zamanda imeil vasitəsi ilə 06 may 2024-cü il tarixdə göndərilmişdir) məktubunun müraciət nömrəsi: 001/2024, müraciət tarixi: 06 may 2024-cü il. X8, X12, X9, X17, X16, X24, X1 və X3 24 iyul 2024-cü il tarixdə 3(047)- 159/2024 saylı inzibati xəta işi üzrə Laçın Rayon Məhkəməsinə təqdim olunmuş izahatlarından görünür ki, onlar bağlanılmış əmək müqavilələri əsasında əvvəllər həmin əmək müqavilələri əsasında yuxarıda qeyd olunmuş müvafiq tarixlərə kimi “X44” MMC-də işləmişlər. Lakin əmək müqavilələrinə xitam verildikdən sonra, onlar həmin MMC-də bir gün də olsun işləməmişlər. Deməli, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin mənasına görə, inzibati xətanın tərkibinin əmələ gəlməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən və sübut olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə inzibati xəta haqqında protokol tərtib olunarkən, inzibati xətanın törədilməsini iddia etmək üçün heç olmazsa, inzibati xətanı törətmiş şəxsin izahatı alınmalıdır. İnzibati xətanın törədilməsinin iddia olunması üçün heç olmazsa, əgər inzibati xətanın törədilməsinə bir işarət var idisə, onda inzibati xətanın şahidi olmuş bir şəxsin izahatı alına bilərdi. Ancaq inzibati xətanın heç bir əlaməti mövcud olmamışdır. Kiminsə adının hər hansı bir səbəbdən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemi və Nazirliyin “Əmək və Məşğulluq” Altsistemində olması və ya oradan kiminsə vəzifələrinin icrasına lazımınca yanaşmaması nəticəsində, kimlərinsə adının portaldan vaxtında silinməməsi və ya unudularaq qalması hələ hər hansı bir inzibati xətanın törədilməsinə dəlalət etmir. İnzibati Xətalar Məcəlləsinin tələbinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir. Kiminsə şəxsi fərziyyəsi əsasında ittihamın irəli sürülməsi elə həmin şəxsi fərziyyəsi əsasında iddianı irəli sürmüş şəxs tərəfindən qanun pozuntusunun törədilməsi deməkdir. İnzibati xəta haqqında protokollar inzibati xəta hadisəsi baş verməmiş halda və inzibati xətanın tərkibinin tərkibinin yaranmadığı bir halda tərtib olunmuşlar, yəni baxılan halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməzdi, lakin bu halda inzibati xətalar haqqında işlər üzrə icraat qanuni əsaslar olmadan başlanıldığından başlanmış icraata isə xitam verilməlidir. Deməli, 28 iyun 2024-cü il tarixdə əmək müffətişi X11 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollar inzibati xətaların faktiki baş vermədiyi halda, protokolu tərtib etmiş şəxsin reallığı əks etdirməyən şəxsi fərziyyələri əsasında tərtib olunmuşlar. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini iddia etmək üçün həmin inzibati xətanın aşağıdakı 4 tərkib elementinin olmaları vacibdir: İnzibati xətanın subyekti, yəni inzibati xətanı törətmiş şəxs: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş fiziki, hüquqi və ya vəzifəli şəxslər. Belə bir funksiyaları faktiki icra etmiş şəxs faktiki yoxdur və müəyyən olunmamışdır. İnzibati xətanın obyekti: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı. Bu hal da yoxdur və baş verməmişdir. İnzibati xətanın subyektiv tərəfi: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən qəsdən həyata keçirilməsi. Bu hal da baş verməmişdir və yoxdur. İnzibati xətanın obyektiv tərəfi: fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halının müəyyən və aşkar olunması. Belə bir hal da olmamışdır, yoxdur və baş verməmişdir. Qeyd etdiklərindən hasil ola biləcək yeganə nəticə ondan ibarətdir ki, inzibati xəta halının baş vermədiyi halda əmək müffətişi X11 tərəfindən tərtib olunmuş 2 ədəd inzibati xəta haqqında protokollar inzibati xətaların baş vermədiyi halda, protokolları tərtib etmiş şəxsin reallığı əks etdirməyən şəxsi fərziyyələri əsasında tərtib olunmuşlar. Bu səbəbdən də, həmin inzibati xəta protokolları qanunun tələblərinə zidd olaraq tərtib olunduqlarından, ləğv olunmalıdırlar. “X44” MMC-nin baş direktoru X23 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsini iddia etmək tamamilə qanunsuzdur. Qeyd etdiklərinə əsasən, 28 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin Qarabağ Şöbəsinin Əmək müffətişi X11 tərəfindən “X44” MMC-də vaxtı ilə işləmiş, lakin 28 iyun 2024-cü il tarixdə həmin vaxta kimi əmək müqavilələri ləğv olunduqlarından, “X44” MMC ilə heç bir əlaqələri və qeyd olunan MMC-yə heç bir aidiyyətləri olmadıqları halda, yəni həmin tarixdə “X44” MMC-də faktiki işləməyən-həmin MMC-də heç bir fəaliyyət göstərməyən bir sıra şəxslərin: Nüşabə Bayramovanın, “Elçin Abdullayevin” (soyadı səhv yazılıbdır), Amin Əliyevin və digər 5 nəfərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində və “ƏMAS” sistemində həmin şəxslərin adları “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sisteminin və “ƏMAS” sistemin müvafiq vəzifəli şəxslərinin səhlənkarlıqları nəticəsində adlarının silinməmiş qalmaları-olmaları səbəblərindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müffətişi X5 şəxsi fərziyyəsinə görə əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı tərtib olunmuş “X44” MMC-nin baş direktoru X35 barəsində MN ******* inzibati xəta haqqında protokolun və həmin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin Qarabağ Şöbəsinin rəisi X7 “X44” MMC-nin baş direktoru X23 barəsində 28 iyun 2024-cü il tarixdə əmək müffətişi X11 tərəfindən heç bir sübut olmadan öz şəxsi fərziyyələri əsasında tərtib etdiyi MN ******* inzibati xəta haqqında protokolu əsasında 4000 manat tənbeh növünün verilməsi barədə inzibati tənbeh verilməsi haqqındakı 09 iyul 2024-cü il tarixli MN ******* saylı qərarının qanunların tələblərinə tamamilə zidd-həm məzmun, həm forma, həm də reallığın əksinə olmaları baxımından tərtib olunmaqla yanaşı, yəni məzmunca faktiki reallıqları əks etdirməməklə, mövcud olmuş reallığın tamamilə əksinə və əsassız olduqlarından, ləğv olunmaları barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X23 nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı icraatda inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmalı olduğundan və inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından, şikayətə yalnız mübahisələndirilən qərara münasibətdə baxılır və yoxlanılır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, qərardan şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin Qarabağ regional şöbəsinin 19 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X44” MMC tərəfindən Nüşabə Bayramova, Elçin Allahverdiyev, Emin Əliyev və digər 5 nəfərlə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərə cəlb edilməsinə görə MMC-nin baş direktoru X35 barəsində 28 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; -Laçın Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 3(047)-159/2024 nömrəli qərarından görünür ki, “X44” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə belə nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, “...məhkəmə araşdırmaları zamanı tədqiq edilmiş sübutlara əsasən belə müəyyən olunur ki, “X44” MMC ilə X27, X25, X19, X28, X29, X36, X4 və X10 arasında müvafiq qaydada əmək müqavilələri bağlanılaraq işə qəbul olunmuşlar və həmin şəxslər ilə “X44” MMC arasında bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə əsasən də xitam verilmiş və bu hallar müvafiq qaydada rəsmiləşdirilmişdir. Bundan sonra “X44” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli iaşə xidmətlərinin göstərilməsi haqqında müqavilənin şərtlərinə əsasən “X44” MMC tərəfindən "xxxx" MMC-yə əmək müqavilələrinə xitam verilmiş işçiləri-X20, X18, X14, X21, X22, X30, X2 və X6 “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə icazələrinin ləğvi barədə müvafiq qaydada məktublar ilə müraciət olunmuş, həmin müraciət "xxxx" MMC-yə daxil olsa da, lakin texniki nasazlıqlar nəticəsində həmin icazələrin ləğv edilməsi prosesi ləngimiş və vaxtında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydə alınması mümkün olmamışdır. Bundan başqa məhkəmə iclasında “X44” MMC ilə inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər arasında əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin “X44” MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi X11 tərəfindən hər hansı mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə belə hesab edir ki, “X44” MMC ilə inzibati xəta haqqında protokolda adlıarı qeyd edilən şəxslər arasında əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə icazələrinin ləğv olunmaması qeyd edilən şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi anlamına gəlməməlidir. Göstərilən bu hal isə İXM-nin 8.3-cü maddəsinin tələblərinə əsasən, yəni inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməsi baxımından “X44” MMC-nin xeyrinə şərh edilməlidir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, həm qanunun mənası baxımından, həm də işin faktiki halları baxımından “X44” MMC-nin direktoru Zaur Quliyev tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi müəyyən edilmir. X32 Xidmətinin əməkdaşı hüquqi şəxs barəsində protokol tərtib edərkən maddi hüquq normasının mənasını və mahiyyətini araşdırmadan əsassız olaraq hesab etmişdir ki, “X44” MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilər. Göründüyü kimi “X44” MMC-nin əməllərində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Qarabağ regional şöbəsi isə hərtərəfli və obyektiv araşdırma aparmadan “X44” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir...Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X44” MMC-nin hərəkətlərində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud olmamışdır...” Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxs “X44” MMC-nin rəhbəri, vəzifəli şəxs qismində X23 ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə X32 Xidmətinin Qarabağ regional şöbəsinin qərarının qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. “X44” MMC ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs X31 münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X23 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə inzibati xəta hadisəsi müəyyən edilmədiyindən, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. “X44” MMC-nin baş direktoru X23 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 4000 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətinin Qarabağ regional şöbəsinin 19 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar