Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-397/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə, saat 02:35-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında “Kia Optima” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən qayda pozuntusu törətdiyinə görə saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş şəxs – Bakı şəhəri Nizami rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:35 radələrində idarə etdiyi “Kia Optima” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış, onun içkili olduğuna şübhə yarandığı üçün müayinəyə dəvət edilmiş, alkotester vasitəsi ilə yoxlanılmış və içkili olduğu müəyyən olunmuşdur. Sürücü özü də səmimi olaraq spirtli içki qəbul etdiyini etiraf etmiş və bu barədə izahat yazmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanunauyğun tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Cəfərov X3 xəta törətmədiyini və qanunu pozmadığını bildirdi. Bildirdi ki, o, ümumiyyətlə spirtli içki qəbul edən deyil. Hadisə günü dostları ilə yemək yeyəndə “Redbull” markalı içki qəbul edən zaman dostları həmin içkinin içərisinə 5-10 qram “viski” qatmışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən, hətta daha sonra tibbi müayinədən keçərkən də səmimi olaraq 5-10 qram viski qəbul etdiyini bildirmişdir. Lakin o sərxoş olmamışdır. Əgər sərxoş olsaydı, yaşadığı ünvana ya piyada gedərdi, ya da ki ayıq sürücü çağırardı. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən 3 dəfə alkotestr vasitəsilə yoxlanılmış, lakin alkotestrin nəticəsi ona göstərilməmişdir. Bu haldan şübhələndiyi üçün səhər saatlarında özü müstəqil şəkildə tibbi müayinədən keçmiş və nəticədə ayıq olduğu müəyyənləşdirilmişdir. Bütün bunları nəzərə alaraq barəsindəki inzibati xəta haqqındaki iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:35-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində “Kia Optima” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən barəsində İXM-nin 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixdə, saat 02:38-də tərtib edilmiş qəbzə əsasən Şəxs qanında alkoqol konsentrasiyasının miqdarı 0,586 promil müəyyən edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, alkoqol vasitə qəbul etdiyini səmimi etiaf edir, alkotestrin nəticəsi ilə razı olduğunu və həkim müayinəsinə ehtiyac olmadığını bildirir. İş üzrə Şəxs müstəqil şəkildə müayinədən keçdiyi xx.xx.2024-cü il tarixdə, saat 09:58-də tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun ayıq olduğu müəyyən edilmişdir. Həmçinin tibbi müayinə aktında da Şəxs deməsinə görə saat 22 radələrində 10 qram viski içməsi qeyd edilmişdir. İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 329.3-cü maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs hadisə baş verdikdən bir neçə saat sonra tibbi müayinədən keçdiyini nəzərə alaraq, məhkəmə onun barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli, 2/1908 saylı, saat 09:58-də aparılmış tibbi müayinə aktını sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəfərov X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-397/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-397/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver