Məhkəmə qərarları › İş №3(007)-3970/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3970/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3970/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi ilə, xx.xx.1979-cu ildə Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Qara Qarayev prospekti 77 ünvanında mobil telefonla danışaraq ünvansız küçə söyüşləri işlətmişdir və xx.xx.2025-ci il tarixdə psixotrop maddə amfetamin və narkotik vasitə marixuana istifadə etməsi aşkar edilmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən xx.xx.2025-ci il tarixdə, MN seriyalı, ******* və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-3969/2025 saylı və 3(007)-3970/2025 saylı inzibati materiallar bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş materiala 3(007)-3969/2025 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: 3(007)-3969/2025 saylı və 3(007)-3970/2025 saylı inzibati materiallar bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş materiala 3(007)-3969/2025 saylı nömrə verilsin. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar