Məhkəmə qərarları › İş №3(007)-3990/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3990/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3990/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 03 avqust 2025-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi “Chevrolet Cobalt LTZ minik” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Musa Əliyev küçəsi ilə Nizami rayon İcra Hakimiyyəti istiqamətində hərəkət edib İH-nin inzibati binasını keçdikdən sonra sola, məhəllə arası yola dönərək, Elşən Süleymanov küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkət etmiş, Rüstəm Rüstəmov küçəsi 72A ünvanının qarşısındakı nizamlanmayan yolayrıcısına daxil olduqda yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini dayandırıb sağdan yolayrıcısına daxil olan “Dayun” markalı, 33-B-254 dövlət qeydiyyat nişanlı motosikletə yol verməyib onunla toqquşmuş, nəticədə motosikleti idarə edən sürücü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 03 avqust 2025-ci il tarixdə, saat 15 radələrində o, 50 km/saat sürətlə idarə etdiyi “Chevrolet Cobalt” markalı **-YV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Nizami rayonu Musa Əliyev küçəsi ilə Nizami rayon İcra Hakimiyyəti istiqamətində hərəkət edib, İH-nin inzibati binasını keçdikdən sonra sola, məhəllə arası yola dönərək, Musa Əliyev küçəsi istiqamətindən məhəllə içi yolla üzü E.Süleymanov küçəsi istiqamətində hərəkət etmişdir. Yolun R.Rüstəmov küçəsi 72A ünvanının qarşısındaki yolayrıcısına daxil olduqda sağından yolayrıcısına çıxan motosikletlə yolların kəsişməsində toqquşmuşdur. Toqquşma onun avtomobilinin qabaq sağ hissəsi ilə həmin motosikletin qabaq hissəsi arasında baş vermişdir. Hadisə nəticəsində həmin motosikletçi yıxıldığı üçün yüngül əzilmişdir. Yolayrıcısına daxil olduqda o, motosikleti görməmiş, həmin motosikleti toqquşduğu vaxt görmüşdür. Toqquşma yolun sağ kəsişməsində təxminən 3 metr yolun sol kəsişməsinə doğru məsafədə baş vermişdir. Hadisədən sonra sürücüyə yardım etmişdir. Motosikletin xərcini sığorta ödəmişdir. İki azyaşlı uşağı vardır. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 03 avqust 2025-ci il tarixdə, saat 15 radələrində o, 40 km/saat sürətlə idarə etdiyi “Dayun” markalı, 33-B-254 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Park city” yaşayış kompleksi istiqamətindən məhəllə içi yolla R.Rüstəmov küçəsi istiqamətində hərəkət etmişdir. R.Rüstəmov küçəsi 72A ünvanındakı yaşayış binasının qarşısındaki yolayrıcısına daxil olduqda onun solundan yolayrıcına çıxan “Chevrolet-Cobalt” markalı avtomobillə yolayrıcısında toqquşmuşdur. Toqquşma yolayrıcısında onun idarə etdiyi motosikletin qabaq hissəsi ilə həmin avtomobilin qabaq sağ hissəsi arasında baş vermişdir. Toqquşma nəticəsində o, motosikletdən aşdığı üçün ayağı yüngül əzilmişdir. Lakin xəsarəti ciddi olmadığı üçün həmin vaxt tibb müəssisəsinə müraciət etməmişdir. Hadisədən əvvəl kuryer işləmiş, günə 40-50 manat pul qazanmışdır. Hazırda işsizdir. Motosikletə də 700 manatdan çox ziyan dəymişdir. Sığorta ona 500 manat pul vermişdir. Ziyana görə 600-700 manat tələb edir, həmin pul ona ödənilmədiyi halda Şəxs şikayətçidir. İşdə olan canlı şəxsin ekspertizasına dair 08 avqust 2025-ci il tarixli, 851 nömrəli rəydən görünür ki, Babayev Mətib əflatun oğlunda aşkar olunmuş - sağ budun iç səthinin dərialtı hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə motosiklet sürücüsü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, HK-1/476 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq əldə edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar