Məhkəmə qərarları › İş №3(007)-4/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2 (007)- 2987/2018 saylı icra vərəqəsinə əsasən, Şəxs ilə "xxxx" ASC arasında 20 avqust 2015-ci tarixli AL-1246 saylı maliyyə lizinqi müqaviləsi ləğv olunmuş və X1, Şəxs 9975,41 manat əsas, 1201,45 manat mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu, dəymiş zərərə görə 3609 manat, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 14865,86 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İnzibati işdə olan 26.11.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2 (007) - 2987/2018 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 26.11.2018-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş 04 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2 (007)- 2987/2018 saylı icra vərəqəsi üzrə Şəxs 14865,86 manat pulu "xxxx" ASC-nin xeyrinə ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati işə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırılmış və naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati materiala əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2 (007)-2987/2018 saylı qətnaməsindən cavabdeh Şəxs apellyasiya qaydasında şikayət vermişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın predmeti olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli 2 (007)-2987/2018 saylı qətnaməsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən apellyasiya qaydasında mübahisələndirilməsi inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal kimi qəbul edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən 04 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar