Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-400/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan protest vermiş Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X1 iştirakı ilə, Bakı şəhəri Nizami rayon prokurorunun Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından protestinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından protest verilmişdir. Protest onunla əsaslandırılmışdır ki, 27.01.2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-dən rayon prokurorluğuna nəzarət qaydasında öyrənilməsi üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “döymə” inzibati xətası ilə toplanılmış material üzrə icraata xitam verilməsi haqqında material daxil olmuşdur. Material öyrənilən zaman müəyyən edilmişdir ki, X4 19.11.2019-cu il tarixdə döyülməsi barədə müraciəti ilə əlaqədar Nizami RPİ-nin İŞ-nin müstəntiqi Ş.Allahverdiyev tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Aparılmış istintaq zamanı X6 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş və ********* nömrəli cinayət işi baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Müstəntiq Ş.Allahverdiyev tərəfindən 15.01.2021-ci il tarixdə X11, X10 və Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməklə qərarın surəti X7 və X2 xəsarət almaları faktı ilə əlaqədar X11, X10 və Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir. X5 Şəxs tərəfindən xəsarət yetirilməsi ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə rəisi Mahir Məmmədov tərəfindən 02.02.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. 02.04.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 104.1.1-ci maddəsinə əsasən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndiyindən və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin olduğu yer müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 25-ci PŞ-nin polis sahə rəisi Mahir Məmmədov tərəfindən qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan tərəfindən 24.09.2021-ci il tarixdə ləğv edilmişdir. Şəxs barəsində başlanılmış icraat 30.11.2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin rəisi Turab Paşayev tərəfindən X4 30.11.2021-ci il tarixli barışıq ərizəsinə əsasən xitam edilmişdir. Bundan başqa həmin materiala əlavə edilmiş X4 24.12.2021-ci il tarixli 25-ci PŞ-nin polis sahə rəisi Mahir Məmmədova ünvanlandığı ərizədən görünür ki, o, barışıq ərizəsini aldadıldığı üçün verdiyini, Şəxs şikayətçi olmaqla onun qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsini xahiş edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, yəni Şəxs barəsində olan inzibati icraata xitam verilməsi üçün əsasın aradan qalxması ilə əlaqədar onun barəsində icraata xitam verilmiş qərarın ləğv edilməsi və yenidən araşdırma aparılması zərurəti yaranmışdır. Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi Turab Paşayev tərəfindən Şəxs barəsində qəbul edilmiş 30.11.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında qərardan protest vermiş Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X3 protestin dəlillərini müdafiə edərək, protestin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qərarı barəsində protest verilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin nümayəndəsi, mübahisələndirilən qərar maraqlarına toxunan Şəxs və X7 məhkəmə iclaslarında iştirak etməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, protesti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, protest təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Şirxan Allahverdiyev tərəfindən qəbul olunmuş 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, X4 19 noyabr 2019-cu il tarixdə döyülməsi barədə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, X6 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş və həmin cinayət işi baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, X11, X10 və Şəxs əməllərində cinayət tərkibinin əlamətləri olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmiş, X7 və X2 xəsarət almaları faktı ilə əlaqədar həmin şəxslər barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərar Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi Turab Paşayev tərəfindən qəbul olunmuş 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, X7 barışdığına görə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; -X4 24 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, barışıq ərizəsini aldadıldığı üçün verdiyini göstərmiş, Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Şirxan Allahverdiyev tərəfindən qəbul olunmuş 15 yanvar 2021-ci il tarixli qərara əsasən X4 19 noyabr 2019-cu il tarixdə döyülməsi barədə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, X6 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş və həmin cinayət işi baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, X11, X10 və Şəxs əməllərində cinayət tərkibinin əlamətləri olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmiş, X7 və X2 xəsarət almaları faktı ilə əlaqədar həmin şəxslər barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərar Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi Turab Paşayev tərəfindən qəbul olunmuş 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərara əsasən X7 barışdığına görə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X7 bundan sonra, 24 dekabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək barışıq ərizəsini aldadıldığı üçün verdiyini göstərmiş, Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bununla əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarın ləğv edilməsi məqsədi ilə protest verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar marağına toxunan zərərçəkmiş şəxs tərəfindən mübahisələndirildiyinə, zərərçəkmiş şəxs inzibati xəta hadisəsi zamanı ona xəsarət yetirmiş şəxsin məsuliyyətə cəlb edilməsini tələb etdiyinə görə, mübahisələndirilən inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qüvvədə qala bilməz, həmin qərar ləğv edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon prokurorunun protesti təmin edilməli, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi Turab Paşayev tərəfindən qəbul olunmuş Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 54, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Protest təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi Turab Paşayev tərəfindən qəbul olunmuş Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 30 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-400/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-400/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver