Məhkəmə qərarları › İş №3(007)-4019/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4019/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4019/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikası ərazisindəki filialının icraçı direktoru Ekrem Tütüncünün X1 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikası ərazisindəki filialının icraçı direktoru Ekrem Tütüncü şikayət ərizəsi ilə müraciət edərək X1 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikası ərazisindəki filialının icraçı direktoru Ekrem Tütüncü məhkəməyə ərizə ilə müraciət edərək, X1 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq şikayət vermiş “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikası ərazisindəki filialının icraçı direktoru Ekrem Tütüncü və qərarından şikayət olunmuş X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikası ərazisindəki filialının icraçı direktoru Ekrem Tütüncünun X1 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar