Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4041/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında vəsatətinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 manat məbləğində cərimə olunmuşdur. X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 eyni zamanda buraxılmış müddətin bərpa olunması barədə vəsatət verərək şikayət vermə müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət və buraxılmış müddətin bərpa olunması barədə vəsatət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 39 nömrəli notariat ofisində rəsmiləşdirilmiş etibarnamə əsasında “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik etmişdir. Lakin 22 fevral 2010-cu il tarixdə bəhs edilən avtomobil "baş etibarnamə" əsasında X1 Bakı şəhəri 18 nömrəli notariat ofisində rəsmiləşdirilmiş və bu tarixdən etibarən “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən idarə olunmamışdır. Lakin xx.xx.2020-ci il tarixdən etibarən “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs və ya şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə ona mütəmadi olaraq cərimələr yazılmışdır. O, cərimələrlə əlaqədar avtomobili idarə edən şəxs və ya şəxslərə məlumat verildiyini və onlar tərəfindən cərimələrin ödənildiyini düşünərək heç bir tədbir həyata keçirməmişdir. Bəhs edilən cərimələrin ödənilməməsi barədə məlumatı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Daha sonra avtomobili idarə edən şəxs və ya şəxslərlə əlaqə saxlamağa çalışsa da, bu qeyri mümkün olmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası məqsədi ilə 28 iyul 2022ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi 25 avqust 2022-ci il tarixli, №016-99185İ-3002 saylı məktubu ilə şikayət vermə müddətinin ötürülməsini əsas tutaraq cərimələrin və cərimə ballarının silinməsindən imtina etmişdir. O, yazılmış cərimələrin ödənilməməsi barədə məlumat aldıqdan dərhal sonra xx.xx.2022-ci il tarixdə X5 tərəfindən 2010-cu il tarixdə 59 nömrəli notariat ofisində ona verilmiş etibarnaməyə xitam verilmiş və o, hüquqlarının müdafiəsi məqsədi ilə zəruri prosedurları həyata keçirmişdir. Eyni zamanda qeyd edilən mübahisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, nəticəsi olmamışdır. Daha sonra rəsmi qaydada müvafiq qərarları 2023-cü ilin mart ayında əldə etmişdir. Qərarları əldə etdikdən sonra videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirilərək müvafiq araşdırmanın aparılmasını və “VAZ 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilən yol hərəkəti qaydalarının pozulmasına görə ona yazılmış cərimələrin və cərimə ballarının silinməsi üçün müvafiq tədbirlərin görülməsi barədə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə BDYPİyə rəsmi müraciət etsə də, bu günə qədər heç bir cavab verilməmişdir. Qeyd edilən prosessual hərəkətlərin edilməsi üzrlü səbəbdən sadalanan qərarlardan şikayət vermə müddətinin ötürülməsinə səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 vəsatəti və şikayəti müdafiə edərək buraxılmış müddətin bərpa edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin X4 tərəfindən üzrlü səbəblərdən buraxılmasına əsaslar müəyyən edilmədiyinə görə vəsatət təmin edilməməli və şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARAALDİ X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında EQ ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan verilmiş şikayət mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4041/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4041/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver