Məhkəmə qərarları › İş №3(007)-4058/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4058/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4058/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 22 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 22 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev 9 küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-GF-*** dövlət qeydiyat nişanlı avtomobili ilə üzü Babək prospetinə tərəf hərəkət etmişdir. Həmin vaxt o, Neftçilər ərazisinə gedəcəyi üçün geriyə dönməli olmuşdur. Buna görə də dönməyə qanunla icazə verilmiş yer axtarmışdır. Həmin vaxt qeyd edilən küçədə yerdə qırıq- qırıq xətt görmüş və digər avtomobillərin də həmin yerdən döndüyünü müşahidə edərək o da geriyə dönmüşdür. Bu zanan YPX avtomobili arxası ilə gələrək ona saxla əmri vermişdir. DYPİ Yol patrul xidməti inspektoru X7 ona yaxınlaşmış və bildirmişdir ki, geriyə dönmə qadağandır. O da qeyd etmiş ki, qırıq-qırıq xətt var, ondan öncə digər avtomobillər dönüş etmiş və geriyə dönməni qadağan edən heç bir nişan yoxdur. Ona cərimə yazılmışdır. Onun bu barədə şikayətinə Nizami Rayon Məhkəməsi baxaraq qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün BDYİ-nə göndərilməsi barədə qərar qəbul etmişdir. BDYİ-nin əməkdaşı Kənan Müzəffərli onun iştirakı olmadan işi araşdırmış və 14 avqust 2024-cü il tarixdə DYPİ Yol patrul xidməti inspektoru X2 tərtib etdiyi İXP ******* nömrəli protokolun qanuni olması ilə bağlı yeni qərar qəbul etmişdir. Onun inzibati xəta törətdiyi barədə heç bir görüntü yoxdur. İnzibati xəta haqqında protokol yanlış tərtib edilib. O, heç bir yol nişanının tələblərini pozmamışdır. Göstərilənlərə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 22 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını, onun inzibati xəta törətdiyinə dair hər hansı sübut olmadığından qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 22 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, sürücü X4 barəsində Bakı şəhər BPİ DYPİsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan X4 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 3(007)-1417/2024 nömrəli qərarı ilə Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X1 idarə etdiyi “Opel” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə oiarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin tələblərinə zidd olaraq, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi Bakı şəhər BPl-nin DYPİ-nin YPX inspektoru tərəfindən aşkar edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbui edilmişdir. Qeyd olunanlara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, X1 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin ehtimal olunan inzibati xətaya dair 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi həmin qərarı ləğv etmiş, materiallar yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırmışdır ki, “...qərarından şikayət verilmiş Bakı şəhər BPİ X12 İdarəsi məhkəməyə, X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən əməlində inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün hal şahidlərinin iştirakının təmin edilməsinə və yol hərəkəti qaydalarını pozma hallarını qeydə alan cihazların görüntülərinə istinad edilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Bakı şəhər BPİ X12 İdarəsinin polis kapitanı X6 isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, bu zaman şəxsin təqsirli olmasına dair yaranmış şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə müəyyən etmədən X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmişdir...” Lakin həmin qərar əsasında hər hansı araşdırma aparılmamış, sübutlar toplanılmamış, eləcə də ehtimal olunan inzibati xətanın qeydə alındığı Bakı şəhəri, M.Əliyev küçəsində kifayət qədər müşahidə kameraları mövcud olmasına baxmayaraq həmin görüntülər götürülüb materiala əlavə edilməmiş, X3 təqdim olunmamış, onun iştirakı ilə görüntülərə baxış keçirilməmişdir. Hazırkı halda, məhkəmə tədqiqi zamanı X1 istinad edilən “yol nişalarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi” ilə müşayiət olunan xətanı törətməsi barədə sübutlar yoxdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, inzibati araşdırma zamanı X1 təqsirliliyi sübuta yetirilməmiş, qərarı barəsində şikayət verilən orqanın nümayəndəsi məlumatı olduğu halda məhkəməyə gəlməmiş, qərarı əsaslandırmamış, qeyd olunanlar barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, həmin xətaya görə o, inzibati məsuliyyətə cəlb oluna bilməz, İXM-nin 53.2-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin X1 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilməsinə dair 22 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar