Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-406/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx.xx.1989-cu ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Pirşağı qəsəbəsi Ə.Məlikov küçəsi, ev 43 -də qeydiyyatda olan X2, barəsində Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, xx.xx.2020-ci il tarixdə, idarə etdiyi “KİA” markalı, “RİO” modelli, Az**-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkət edərkən, işıq cihazlarından istifadə etmədiyinə görə yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Bununla da X5 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 3-cü hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Buna görə də X5 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, X2 sərxoşluq vəziyyəti “ACE-Z” markalı, İN-642175 nömrəli xüsusi texniki vasitə ilə yoxlanılmış və nəticədə onda alkoqol qəbul etməsi müəyyən edilmişdir. İş materiallarında olan AF seriyalı, 013409 saylı sürücülük vəsiqəsindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə 10 il müddətinə sürücülük vəsiqəsi verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X2 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X2 şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə X2 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, X3 cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. AF seriyalı, 191832 saylı sürücülük vəsiqəsi X1ytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov İş № 3(007)-406/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhərində, Nizami rayon Məhkəməsinin binasında xx xxxxxx 2021-ci il tarixdə, X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 14:40-da başladı. Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirak edir. Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. Sədrlik edən işdə iştirak edən şəxsin fikrini soruşaraq, yerində müşavirə edərək Qərara alır: Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə işə baxılması xx xxxxxx 2021-ci il saat 10:00-a təxirə salınsın. Məhkəmə iclası bağlı elan edildi. Protokol xx xxxxxx 2021-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib: İş № 3(007)-133/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədov Rauf Tağı oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhərində, Nizami Rayon Məhkəməsinin binasında, xx xxxxxx 2020-ci il tarixdə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 09:40-da başlandı. Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, müşavirəyə gedir, qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Məhkəmə iclası bağlı elan olunur. Protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib: Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon Məhkəməsi Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 24, Telefon, faks: (+99412) 421-10 06; Poçt ünvanı: Elektron ünvan İş № 3(007)-133/2020 xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, Kənar dairəvi yolun kəsişməsi surəti: X6 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, yataqxana, otaq 122, ev 21 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-133/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-406/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-406/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver