Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4076/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 100.1 və 100.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. İnzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə olan halda, hüquqi şəxs tərəfindən hansı dövr üçün maliyyə hesabatlarının hansı müddətdə məcburi auditinin aparılmadığı, hüquqi şəxsin hansı xətaya görə inzibati məsuliyyətə cəlb olunduğu məlum deyildir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığı və bu nöqsanı işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün, tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, hüquqi şəxsin nümayəndəsinin protokolun (qanunla müəyyən olunan qaydada tərtib edilmiş) və digər sənədlərin surətini almaq, onlara dair etiraz və mülahizələrini təqdim etmək, vəsatət və etirazlar vermək hüquqları vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş 26 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4076/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4076/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver