Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4077/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı, 24810589 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı, 24810589 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 manat məbləğində cərimə olunmuşdur. X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı, 24810589 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 eyni zamanda buraxılmış müddətin bərpa olunması barədə vəsatətlə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-3882/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılmış, barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda qərar şikayətə əlavə edilməklə inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ izah edilmişdir. Odur ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrar müraciət edir. Həmçinin hesab edir ki, qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürüldüyündən bərpa edilməlidir. Belə ki, işdəki sənədlərdən də aydın olur ki, inzibati xəta haqqında qərardan vaxtında şikayət verilmiş və məhkəmə işi nöqsanların aradan qaldırılması üçün qeri qaytarmışdır. Göründüyü kimi hazırda prosessual müddət iş məhkəmədə olduğuna görə ötürülmüşdür. Odur ki, inzibati tənbeh vermə barədə qərardan şikayət vermə müddətinin üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 iclasa gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müddətin bərpası barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı, 24810589 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından şikayətin verilməsi müddətinin X2 tərəfindən üzrlü səbəblərdən buraxılmasına əsaslar müəyyən edilmədiyinə görə şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı, 24810589 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizəsi təmin edilməsin, həmin ərizə təmin edilmədiyindən mübahisələndirilən qərardan verilmiş şikayət mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4077/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4077/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver